Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Vaqiə surəsi

Əl-Vaqiə surəsi Ayələri

Toplam 96 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Vaqiə surəsi Ayə 1

Quran-ı Kərim

Həmin hadisənin (Qiyamətin) baş verəcəyi zaman.
Link
Ayə 1
2

Əl-Vaqiə surəsi Ayə 2

Quran-ı Kərim

Onun baş verməsində yalan yoxdur və kiminsə onu yalan sayması layiq(li iş) deyil.
Link
Ayə 2
3

Əl-Vaqiə surəsi Ayə 3

Quran-ı Kərim

Alçaldan və ucaldandır. (Yaradılış aləmini alt-üst edən, sonra küfr və itaətsizlik əhlini alçaldan, təqva və iman əhlini ucaldandır.)
Link
Ayə 3
4

Əl-Vaqiə surəsi Ayə 4

Quran-ı Kərim

Bu yerin (həmin titrəyiş ilə) möhkəm titrəyəcəyi zaman!
Link
Ayə 4
5

Əl-Vaqiə surəsi Ayə 5

Quran-ı Kərim

Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır.
Link
Ayə 5
6

Əl-Vaqiə surəsi Ayə 6

Quran-ı Kərim

Beləliklə dağınıq toz halına düşəcəkdir.
Link
Ayə 6
7

Əl-Vaqiə surəsi Ayə 7

Quran-ı Kərim

Və siz üç dəstəyə bölünəcəksiniz.
Link
Ayə 7
8

Əl-Vaqiə surəsi Ayə 8

Quran-ı Kərim

(Birinci dəstə) sağ tərəf əhli! Nədir sağ tərəf əhli? (Səadət və xoşbəxtlik təcəssümü.)
Link
Ayə 8
9

Əl-Vaqiə surəsi Ayə 9

Quran-ı Kərim

(İkinci dəstə) sol tərəf əhli! Nədir sol tərəf əhli? (Şər və bədbəxtlik təcəssümü.)
Link
Ayə 9
10

Əl-Vaqiə surəsi Ayə 10

Quran-ı Kərim

(Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar!
Link
Ayə 10
11

Əl-Vaqiə surəsi Ayə 11

Quran-ı Kərim

Onlar (Allahın dərgahına) yaxın olanlardır.
Link
Ayə 11
12

Əl-Vaqiə surəsi Ayə 12

Quran-ı Kərim

(Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar.
Link
Ayə 12
13

Əl-Vaqiə surəsi Ayə 13

Quran-ı Kərim

Böyük bir dəstə keçmişlərdən (keçmiş məsumlardan).
Link
Ayə 13
14

Əl-Vaqiə surəsi Ayə 14

Quran-ı Kərim

Bir azı (da) sonrakılardan (son ümmətin məsumlarından).
Link
Ayə 14
15

Əl-Vaqiə surəsi Ayə 15

Quran-ı Kərim

(Qızıldan) toxunmuş (daş-qaşla bəzədilmiş və bir sıraya düzülmüş) taxtlar üzərində.
Link
Ayə 15
16

Əl-Vaqiə surəsi Ayə 16

Quran-ı Kərim

Onlara söykənmiş halda bir-biri ilə qarşı-qarşıya.
Link
Ayə 16
17

Əl-Vaqiə surəsi Ayə 17

Quran-ı Kərim

Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan və qolbağı taxmış oğlanlar dolanacaqlar.
Link
Ayə 17
18

Əl-Vaqiə surəsi Ayə 18

Quran-ı Kərim

(Çeşmədən) axan şərab kuzələri, bardaqları və piyalələri ilə!
Link
Ayə 18
19

Əl-Vaqiə surəsi Ayə 19

Quran-ı Kərim

Ondan (o şərabdan) nə başları ağrıyar, nə də ağıllarını itirərlər.
Link
Ayə 19
20

Əl-Vaqiə surəsi Ayə 20

Quran-ı Kərim

Və seçdikləri meyvələrlə.
Link
Ayə 20
21

Əl-Vaqiə surəsi Ayə 21

Quran-ı Kərim

Və meyilləri çəkən quş əti ilə.
Link
Ayə 21
22

Əl-Vaqiə surəsi Ayə 22

Quran-ı Kərim

Və (orada onlar üçün) ağ dərili, iri gözlü gözəl qadınlar (vardır).
Link
Ayə 22
23

Əl-Vaqiə surəsi Ayə 23

Quran-ı Kərim

Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi dəyişib, nə də kiminsə əli toxunub onlara)!
Link
Ayə 23
24

Əl-Vaqiə surəsi Ayə 24

Quran-ı Kərim

(Dünyada) etdiklərinin (yaxşı əməllərin) mükafatı olaraq.
Link
Ayə 24
25

Əl-Vaqiə surəsi Ayə 25

Quran-ı Kərim

Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər.
Link
Ayə 25
26

Əl-Vaqiə surəsi Ayə 26

Quran-ı Kərim

Salam(un əleyk), səlam(un əleyk)dən başqa!
Link
Ayə 26
27

Əl-Vaqiə surəsi Ayə 27

Quran-ı Kərim

Sağ tərəf əhli(nə gəldikdə isə); nədir sağ tərəf əhli? (Əməl dəftərləri sağ əllərinə verilmiş mübarəklər!)
Link
Ayə 27
28

Əl-Vaqiə surəsi Ayə 28

Quran-ı Kərim

Tikansız sidr (ağacı bağları içərisin)də!
Link
Ayə 28
29

Əl-Vaqiə surəsi Ayə 29

Quran-ı Kərim

Meyvələri bir-birinin üstündə oturmuş banan (ağacı).
Link
Ayə 29
30

Əl-Vaqiə surəsi Ayə 30

Quran-ı Kərim

Və uzanan daimi kölgəlik.
Link
Ayə 30
31

Əl-Vaqiə surəsi Ayə 31

Quran-ı Kərim

Və (şəlalələrdən) tökülən su.
Link
Ayə 31
32

Əl-Vaqiə surəsi Ayə 32

Quran-ı Kərim

Və (növ, rəng və xüsusiyyətləri baxımından) firavan meyvələr.
Link
Ayə 32
33

Əl-Vaqiə surəsi Ayə 33

Quran-ı Kərim

Nə tükənəndir, nə də istifadəsi qadağan.
Link
Ayə 33
34

Əl-Vaqiə surəsi Ayə 34

Quran-ı Kərim

Hündür və bir-birinin üstünə salınmış döşənəcəklər və ya xasiyyət və gözəlliyi çox üstün olan zövcələr.
Link
Ayə 34
35

Əl-Vaqiə surəsi Ayə 35

Quran-ı Kərim

Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaqdan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq.
Link
Ayə 35
36

Əl-Vaqiə surəsi Ayə 36

Quran-ı Kərim

Beləliklə onları (həmişəlik olaraq) bakirə etmişik
Link
Ayə 36
37

Əl-Vaqiə surəsi Ayə 37

Quran-ı Kərim

Həm də ərlərini sevən və ya bir-biri ilə yaxud ərləri ilə yaşıd.
Link
Ayə 37
38

Əl-Vaqiə surəsi Ayə 38

Quran-ı Kərim

(Bunların hamısı) sağ tərəf əhli üçündür.
Link
Ayə 38
39

Əl-Vaqiə surəsi Ayə 39

Quran-ı Kərim

(Onların) böük bir dəstə(si) keçmişlərdən (keçmiş ümmətlərdən),
Link
Ayə 39
40

Əl-Vaqiə surəsi Ayə 40

Quran-ı Kərim

və böyük bir dəstə də sonrakılardandır (son ümmətdəndir).
Link
Ayə 40
41

Əl-Vaqiə surəsi Ayə 41

Quran-ı Kərim

Sol tərəf əhli(nə gəldikdə isə); nədir sol tərəf əhli? (Əməl dəftərləri sol əllərinə verilmiş bədbəxtlər!)
Link
Ayə 41
42

Əl-Vaqiə surəsi Ayə 42

Quran-ı Kərim

(Onlar içlərinə) nüfuz edən odun və qaynar suyun hərarəti (içərisi)ndə
Link
Ayə 42
43

Əl-Vaqiə surəsi Ayə 43

Quran-ı Kərim

və qatı qara tüstünün gölgəsindədirlər.
Link
Ayə 43
44

Əl-Vaqiə surəsi Ayə 44

Quran-ı Kərim

Nə sərindir, nə də (istirahət etmək üçün) xeyirli (və yararlı).
Link
Ayə 44
45

Əl-Vaqiə surəsi Ayə 45

Quran-ı Kərim

Həqiqətən onlar bundan əvvəl (dünyada) əyyaş nemət sahiblərindən idilər.
Link
Ayə 45
46

Əl-Vaqiə surəsi Ayə 46

Quran-ı Kərim

Və həmişə (Allahın əhdlərinə qarşı) böyük vəfasızlıqlara israr edirdilər.
Link
Ayə 46
47

Əl-Vaqiə surəsi Ayə 47

Quran-ı Kərim

Və deyirdilər: «Məgər biz ölüb torpaq və sümük parçaları olduqdan sonra doğrudanmı dirildiləcəyik?!»
Link
Ayə 47
48

Əl-Vaqiə surəsi Ayə 48

Quran-ı Kərim

Bizim ata-babalarımız da (dirildiləcəklər)?
Link
Ayə 48
49

Əl-Vaqiə surəsi Ayə 49

Quran-ı Kərim

De: «Şübhəsiz, əvvəlkilər də, sonuncular da
Link
Ayə 49
50

Əl-Vaqiə surəsi Ayə 50

Quran-ı Kərim

mütləq məlum günün (Qiyamətin) vədə yerinə tərəf toplanılacaqlar.
Link
Ayə 50
51

Əl-Vaqiə surəsi Ayə 51

Quran-ı Kərim

Sonra siz ey (peyğəmbərlik və qiyaməti) inkar edən azğınlar!
Link
Ayə 51
52

Əl-Vaqiə surəsi Ayə 52

Quran-ı Kərim

Mütləq (görünüş, dad və iyi pis olan) zəqqum ağacından yeyəcəksiniz.
Link
Ayə 52
53

Əl-Vaqiə surəsi Ayə 53

Quran-ı Kərim

Beləliklə qarınları(nızı) onunla dolduracaqsınız.
Link
Ayə 53
54

Əl-Vaqiə surəsi Ayə 54

Quran-ı Kərim

Onun üstündən qaynar su içəcəksiniz.
Link
Ayə 54
55

Əl-Vaqiə surəsi Ayə 55

Quran-ı Kərim

Susuzluğa düçar olmuş dəvə kimi içəcəksiniz.
Link
Ayə 55
56

Əl-Vaqiə surəsi Ayə 56

Quran-ı Kərim

Bu, cəza günü onlara göstərilən ilk xidmətdir.
Link
Ayə 56
57

Əl-Vaqiə surəsi Ayə 57

Quran-ı Kərim

Sizi Biz yaratmışıq. Bəs nə üçün (dünyada tovhid və risaləti, eləcə də axirətdə yaradılışınızın yeniləşəcəyini) təsdiqləmirsiniz?!
Link
Ayə 57
58

Əl-Vaqiə surəsi Ayə 58

Quran-ı Kərim

(Uşaqlığa) nütfədən nə axıtdığınızı görmüsünüz?
Link
Ayə 58
59

Əl-Vaqiə surəsi Ayə 59

Quran-ı Kərim

Onu (kamil insan olana kimi, müxtəlif mərhələlərdə) siz yaradırsınız, yoxsa yaradan Bizik?
Link
Ayə 59
60

Əl-Vaqiə surəsi Ayə 60

Quran-ı Kərim

Sizin aranızda ölümü (onu doğuran səbəblər, müddət, tez və gec olması baxımından) müəyyənləşdirən Bizik və Biz istək və iradədə əsla məğlub olmuruq.
Link
Ayə 60
61

Əl-Vaqiə surəsi Ayə 61

Quran-ı Kərim

(Dünyada) oxşarlarınızı sizin yerinizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axirətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün!
Link
Ayə 61
62

Əl-Vaqiə surəsi Ayə 62

Quran-ı Kərim

Şübhəsiz, siz (dünyada) ilk yaradılışı (necə yaradıldığınızı və həmişə dəyişməkdə olmağınızı) bildiniz. Bəs nə üçün ibrət götürmürsünüz?!
Link
Ayə 62
63

Əl-Vaqiə surəsi Ayə 63

Quran-ı Kərim

Heç əkdiyinizi görmüsünüz?
Link
Ayə 63
64

Əl-Vaqiə surəsi Ayə 64

Quran-ı Kərim

Onu siz bitirirsiniz, yoxsa bitirən Bizik?
Link
Ayə 64
65

Əl-Vaqiə surəsi Ayə 65

Quran-ı Kərim

Əgər qəti şəkildə istəsək onu mütləq çör-çöpə çevirərik və siz təəccüb və təəssüflə deyərsiniz:
Link
Ayə 65
66

Əl-Vaqiə surəsi Ayə 66

Quran-ı Kərim

Həqiqətən biz ziyana uğramışıq.
Link
Ayə 66
67

Əl-Vaqiə surəsi Ayə 67

Quran-ı Kərim

Hətta məhrum və bədbəxtik!
Link
Ayə 67
68

Əl-Vaqiə surəsi Ayə 68

Quran-ı Kərim

Heç içdiyiniz suyu görmüsünüz?
Link
Ayə 68
69

Əl-Vaqiə surəsi Ayə 69

Quran-ı Kərim

Onu yağış doğan ağ buluddan siz nazil etdiniz, yoxsa Bizik nazil edən?
Link
Ayə 69
70

Əl-Vaqiə surəsi Ayə 70

Quran-ı Kərim

Əgər istəsək onu acılaşdırarıq. Belə isə nə üçün şükr etmirsiniz?!
Link
Ayə 70
71

Əl-Vaqiə surəsi Ayə 71

Quran-ı Kərim

Heç yandırdığınız odu görmüsünüz?
Link
Ayə 71
72

Əl-Vaqiə surəsi Ayə 72

Quran-ı Kərim

Onun ağacını siz yaratmısınız yoxsa Bizik yaradan?
Link
Ayə 72
73

Əl-Vaqiə surəsi Ayə 73

Quran-ı Kərim

Biz onu, yada salmaq (Qiyamət odunun yada salınması) və müsafirlər üçün bəhrələnmək vasitəsi etmişik.
Link
Ayə 73
74

Əl-Vaqiə surəsi Ayə 74

Quran-ı Kərim

Buna görə də əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyb və nöqsandan pak bil).
Link
Ayə 74
75

Əl-Vaqiə surəsi Ayə 75

Quran-ı Kərim

Beləliklə and olsun ulduzların (geniş səmadakı) yerlərinə, onların batma və düşmə zamanına və Qur’anın hissələrinin nazil olma vaxtlarına.
Link
Ayə 75
76

Əl-Vaqiə surəsi Ayə 76

Quran-ı Kərim

Əlbəttə, əgər bilsəniz, bu, böyük anddır. (Çünki birincisi Allahın yaradılışda tovhid və qüdrətinin, ikinici isə onun idarə etməkdə hikmət və mərhəmətinin dəlillərindəndir.)
Link
Ayə 76
77

Əl-Vaqiə surəsi Ayə 77

Quran-ı Kərim

Həqiqətən bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qur’andır.
Link
Ayə 77
78

Əl-Vaqiə surəsi Ayə 78

Quran-ı Kərim

(O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dir.
Link
Ayə 78
79

Əl-Vaqiə surəsi Ayə 79

Quran-ı Kərim

Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Qur’anın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər.
Link
Ayə 79
80

Əl-Vaqiə surəsi Ayə 80

Quran-ı Kərim

O, aləmlərin Rəbbi tərəfindən (lövhə, oradan Cəbrailə, ondan Peyğəmbərin qəlbinə və oradan da cəmiyyətə) nazil edilmişdir.
Link
Ayə 80
81

Əl-Vaqiə surəsi Ayə 81

Quran-ı Kərim

Bu kəlamla (insanlara deyilmiş bu Qur’anla) boş və yüngül davranırsınız?!
Link
Ayə 81
82

Əl-Vaqiə surəsi Ayə 82

Quran-ı Kərim

Və onu təkzib etməyinizi ruziniz (ondan olan ruziniz və həmin ruzinin şükürü) edirsiniz?
Link
Ayə 82
83

Əl-Vaqiə surəsi Ayə 83

Quran-ı Kərim

Belə isə nə üçün canınız boğaza (ölümünüz) çatan zaman.
Link
Ayə 83
84

Əl-Vaqiə surəsi Ayə 84

Quran-ı Kərim

Siz həmin halda (özünüzün və ya can verməkdə olanın vəziyyətinə) baxırsınız.
Link
Ayə 84
85

Əl-Vaqiə surəsi Ayə 85

Quran-ı Kərim

Biz (və mələklərimiz) həmin can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz.
Link
Ayə 85
86

Əl-Vaqiə surəsi Ayə 86

Quran-ı Kərim

(Bəli,) bəs nə üçün əgər siz cəzalandırılmayacaqsınızsa,
Link
Ayə 86
87

Əl-Vaqiə surəsi Ayə 87

Quran-ı Kərim

əgər doğruçusunuzsa həmin canı (öz bədəninizə) qaytarmırsınız?!
Link
Ayə 87
88

Əl-Vaqiə surəsi Ayə 88

Quran-ı Kərim

Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa,
Link
Ayə 88
89

Əl-Vaqiə surəsi Ayə 89

Quran-ı Kərim

onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır.
Link
Ayə 89
90

Əl-Vaqiə surəsi Ayə 90

Quran-ı Kərim

Amma əgər sağ tərəf əhlindən olsa,
Link
Ayə 90
91

Əl-Vaqiə surəsi Ayə 91

Quran-ı Kərim

onda (ona) «sənə sağ tərəf əhlindən salam vardır» (deyiləcəkdir).
Link
Ayə 91
92

Əl-Vaqiə surəsi Ayə 92

Quran-ı Kərim

Lakin əgər azmış təkzib edənlərdən olsa,
Link
Ayə 92
93

Əl-Vaqiə surəsi Ayə 93

Quran-ı Kərim

onda (ona) ilk xidmət qaynar sudur
Link
Ayə 93
94

Əl-Vaqiə surəsi Ayə 94

Quran-ı Kərim

və cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq!
Link
Ayə 94
95

Əl-Vaqiə surəsi Ayə 95

Quran-ı Kərim

Doğrudan da bu (mətləb) qəti və şübhəsiz bir həqiqətdir.
Link
Ayə 95
96

Əl-Vaqiə surəsi Ayə 96

Quran-ı Kərim

Odur ki, öz böyük Rəbbinin adını zikr et (və Onu hər bir eyb və nöqsandan pak bil)!
Link
Ayə 96

Süra Haqqında

Əl-Vaqiə surəsi Quran-ı Kərimdə 56. surədir və 96 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 96 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim