Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Yasin surəsi

Yasin surəsi Ayələri

Toplam 83 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Yasin surəsi Ayə 1

Quran-ı Kərim

Ya, Sin. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirmək qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır. Ey, insaniyyətdə yeganə olan kəs,)
Link
Ayə 1
2

Yasin surəsi Ayə 2

Quran-ı Kərim

Bu hikmətli (batilin ziyanı müqabilində möhkəm olan, hikmətlə danışan, haqla batilin arasında hökm edən və əqli mərifətlər və səmavi şəriətlərə malik olan) Qur’ana and olsun ki,
Link
Ayə 2
3

Yasin surəsi Ayə 3

Quran-ı Kərim

Şübhəsiz, sən (Allah) peyğəmbərləri (zümrəsi)ndənsən (peyğəmbərliyə seçildiyin vaxtdan insanların nəsilləri kəsilincəyədək onlara göndərilmisən).
Link
Ayə 3
4

Yasin surəsi Ayə 4

Quran-ı Kərim

(Sən) düzgün olan bir yoldasan (şəriət elmləri və əqli mərifətlər yolunda).
Link
Ayə 4
5

Yasin surəsi Ayə 5

Quran-ı Kərim

(Bu), qüdrətli və mehriban (Allah tərəfindən) nazil edilmiş (bir kitab)dır. (Mehribanlığı Qur’anın nazil olmağına bir səbəb, qüdrəti isə onun icrasına zamindir).
Link
Ayə 5
6

Yasin surəsi Ayə 6

Quran-ı Kərim

(Bu kitabla) elə bir qövmü qorxudasan ki, ata – babaları (İsanın, yaxud İbrahimin zamanından bəri) qorxudulmamışlar, buna görə də (din həqiqətlərindən) qafildirlər.
Link
Ayə 6
7

Yasin surəsi Ayə 7

Quran-ı Kərim

Şübhəsiz, onların əksəriyyətinə (Allahın Lövhi – Məhfuzda dərc olan) söz(ü: «Cəhənnəm onların yeridir» sözləri) sabit olmuş və həyata keçmişdir, buna görə də daha iman gətirməzlər.
Link
Ayə 7
8

Yasin surəsi Ayə 8

Quran-ı Kərim

Həqiqətən, Biz onların boyunlarına çənələrinə kimi çatan zəncirlər keçirmişik, buna görə də başları yuxarı doğru qalmışdır. (buna görə də özlərinə baxa bilmirlər ki, özlərində olan ayələrlə (nişanələrlə) ayılsınlar).
Link
Ayə 8
9

Yasin surəsi Ayə 9

Quran-ı Kərim

Biz onların önlərindən və arxalarından sədd çəkib onları (hər bir tərəfdən) örtdük (yaxud gözlərini kor etdik). Buna görə də görmürlər (öz ətraflarını görə bilmirlər ki, təbiət aləmində nişanələrlə ayılsınlar).
Link
Ayə 9
10

Yasin surəsi Ayə 10

Quran-ı Kərim

Onlar üçün birdir: onları qorxutsan da, qorxutmasan da – iman gətirməyəcəklər.
Link
Ayə 10
11

Yasin surəsi Ayə 11

Quran-ı Kərim

Sən ancaq nəsihətverici Qur’an(ı qəbul edən və on)a tabe olan, Rəhman (olan zahiri hiss üzvləri ilə dərk olunmayan Allah)dan gizlində qorxan kəsi qorxuda bilərsən; elə isə ona (Allahın) bağışlama(sı) və çox qiymətli bir mükafatla müjdə ver.
Link
Ayə 11
12

Yasin surəsi Ayə 12

Quran-ı Kərim

Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq aşkar nüsxələrdə (Lövhi-Məhfuzda) ətraflı surətdə sayıb hesablamışıq.
Link
Ayə 12
13

Yasin surəsi Ayə 13

Quran-ı Kərim

(Ya Peyğəmbər!) Sən onlara o şəhərin (Antakiya) əhalisinin dastanını məsəl çək. O zaman Allahın göndərdiyi (peyğəmbərlər) oraya gəlmişdi.
Link
Ayə 13
14

Yasin surəsi Ayə 14

Quran-ı Kərim

O zaman onlara, iki nəfər (peyğəmbər) göndərmişdik, amma onların ikisini də təkzib etdilər. Biz (həmin peyğəmbərləri) göndərdiyimiz üçüncü (peyğəmbər) ilə qüvvətləndirdik. (Peyğəmbərlər) hamılıqla dedilər: «Biz sizə göndərilmiş (peyğəmbərlər)ik».
Link
Ayə 14
15

Yasin surəsi Ayə 15

Quran-ı Kərim

(Şəhər camaatı) dedi: «Siz də bizim kimi ancaq adi bir insansınız (peyğəmbər isə mələklərdən olmalıdır). Rəhman heç bir şey nazil etməmişdir, siz yalnız yalan danışırsınız».
Link
Ayə 15
16

Yasin surəsi Ayə 16

Quran-ı Kərim

(Peyğəmbərlər) dedilər: «Rəbbimiz bilir ki, biz sizə göndərilmişik».
Link
Ayə 16
17

Yasin surəsi Ayə 17

Quran-ı Kərim

«Və bizim vəzifəmiz yalnız (öz risalətimizi) açıq – aşkar çatdırmaqdır. (Bizim vəzifəmiz möcüzələrin təkrarı, məcburi surətdə qəbul etdirmək, dünyada və axirətdə cəza və mükafat vermək deyildir)».
Link
Ayə 17
18

Yasin surəsi Ayə 18

Quran-ı Kərim

Dedilər: «Biz siz(i görməy)i nəhs bildik (zərər və ziyan yetişməsinin bir əlaməti hesab edirik), şübhəsiz əgər dediklərinizdən əl çəkməsəniz, mütləq sizi daşqalaq edəcəyik. Bizim tərəfimizdən sizə mütləq ağrılı bir əzab yetişəcəkdir».
Link
Ayə 18
19

Yasin surəsi Ayə 19

Quran-ı Kərim

(Peyğəmbərlər) dedilər: «Nəhsliyiniz özünüzdəndir (günahlarınız ucbatındandır), sizə öyüd-nəsihət verildikdə (onu əzablamı hədələyirsiniz)?! (Bizim danışığımız nəhslik gətirmir), əksinə, siz həddini aşan bir qövmsünüz».
Link
Ayə 19
20

Yasin surəsi Ayə 20

Quran-ı Kərim

Şəhərin ən ucqar yerindən bir kişi tələsik gəlib dedi: «Ey mənim qövmüm, bu elçilərə tabe olun».
Link
Ayə 20
21

Yasin surəsi Ayə 21

Quran-ı Kərim

«Sizdən heç bir muzd istəməyən və özləri də hidayət olmuş kəslərə tabe olun».
Link
Ayə 21
22

Yasin surəsi Ayə 22

Quran-ı Kərim

«Axı mən niyə məni yaradana ibadət etməməliyəm, halbuki hamınız Onun hüzuruna qaytarılacaqsınız»?!
Link
Ayə 22
23

Yasin surəsi Ayə 23

Quran-ı Kərim

«Ondan qeyri məbudlaramı ibadət edim? Əgər Rəhman (olan Allah) mənə bir zərər və ziyan vurmaq istəsə, onların şəfaətləri məndən heç bir şeyi uzaqlaşdıra bilməz və mənə nicat verə bilməzlər».
Link
Ayə 23
24

Yasin surəsi Ayə 24

Quran-ı Kərim

«Belə olan surətdə, şübhəsiz mən açıq – aşkar azğınlıqda olaram».
Link
Ayə 24
25

Yasin surəsi Ayə 25

Quran-ı Kərim

(Bu zaman peyğəmbərlərə xitabən dedi:) «Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim, belə isə məni eşidin (İman gətirməyimə şahid olun).»
Link
Ayə 25
26

Yasin surəsi Ayə 26

Quran-ı Kərim

(Axırda onu öldürdülər və ona) deyildi: «Cənnətə (Cənnət Bərzəxinə) daxil ol!» O dedi: «Kaş qövmüm biləydi ki,
Link
Ayə 26
27

Yasin surəsi Ayə 27

Quran-ı Kərim

Rəbbim məni bağışladı və məni hörmət sahiblərindən etdi».
Link
Ayə 27
28

Yasin surəsi Ayə 28

Quran-ı Kərim

Biz ondan sonra qövmünün üstünə göydən heç bir qoşun nazil etmədik və (ondan qabaq da hər hansı bir qövmün məhvi üçün səmavi qoşun) nazil edən deyildik.
Link
Ayə 28
29

Yasin surəsi Ayə 29

Quran-ı Kərim

(Onların məhvi) ancaq (səmavi) bir bağırtı idi. Dərhal hamılıqla sakit və ruhsuz oldular (məhv oldular).
Link
Ayə 29
30

Yasin surəsi Ayə 30

Quran-ı Kərim

Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlmədi ki, ona daim istehza etməsinlər.
Link
Ayə 30
31

Yasin surəsi Ayə 31

Quran-ı Kərim

Məgər onlar özlərindən öncə nə qədər insan cəmiyyətlərini uzun əsrlər (boyunca tüğyanlarının cəzası olaraq) məhv etdiyimizi və onların (keçmişdəki səhvlərini düzəltmələri üçün) bir daha bunların yanına qayıtmadığını görmürlərmi ?!
Link
Ayə 31
32

Yasin surəsi Ayə 32

Quran-ı Kərim

Və onların hamısı – istisnasız olaraq – (axirət günü) Bizim hüzurumuza çağırılacaqlar.
Link
Ayə 32
33

Yasin surəsi Ayə 33

Quran-ı Kərim

Onlar üçün (aydın) bir nişanə (Bizim tovhidimizin, qüdrətimizin və insanların dirildilməsinin isbatı üçün yer üzündə olan nişanə) ölmüş həmin bu torpaqdır. Biz onu (həyat gücü və bitmək qabiliyyəti verməklə) diriltdik və ondan dən(li bitki)lər çıxartdıq, onlar da ondan yeyirlər.
Link
Ayə 33
34

Yasin surəsi Ayə 34

Quran-ı Kərim

Və orada xurma və üzüm bağları vücuda gətirdik və müxtəlif bulaqlar qaynatdıq (coşdurduq),
Link
Ayə 34
35

Yasin surəsi Ayə 35

Quran-ı Kərim

Onun meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər (və ya bilsinlər ki, ağacların bitməsi və bar verməsi onların işi deyildir). Belə isə şükr etməzlər?!
Link
Ayə 35
36

Yasin surəsi Ayə 36

Quran-ı Kərim

Bütün cütləri yerin yetişdirdiklərindən (ağaclar, otlar, heyvanlar və sairə) və onların özlərindən və bilmədiklərindən yaradan Allah pakdır.
Link
Ayə 36
37

Yasin surəsi Ayə 37

Quran-ı Kərim

Onlar üçün (Allahın tovhidi və qüdrəti barədə digər) bir nişanə (səma nişanəsi) bu gecədir. Gündüzü ondan (paltar tək) çıxardan kimi onlar qaranlıq içində olarlar.
Link
Ayə 37
38

Yasin surəsi Ayə 38

Quran-ı Kərim

Günəş də özü üçün müəyyən olunmuş qərargahına yetişmək üçün daim hərəkətdədir. (Planetlər sistemində onun seyr etməsinin) bu təqdir(i) və ölçü(sü) yenilməz qüvvət sahibi və (hər şeyi) bilən (Allah)dandır.
Link
Ayə 38
39

Yasin surəsi Ayə 39

Quran-ı Kərim

Və bütöv halda olan ay üçün də mənzillər təyin etdik ki, o, xurma ağacının köhnə (sarı rəngli və qövsvari şəkildə olan) budağı kimi (hilal şəklinə) dönsün (və yenidən tədriclə bütövləşsin).
Link
Ayə 39
40

Yasin surəsi Ayə 40

Quran-ı Kərim

Nə günəş (öz təbii hərəkət sistemində bu) aya (və özünün başqa aylarına, yəni başqa peyklərə) çatmaz, nə də gecə gündüzdən irəli keçməz. Onların (günəş, ay və ulduzların) hər biri müəyyən bir dairədə üzürlər.
Link
Ayə 40
41

Yasin surəsi Ayə 41

Quran-ı Kərim

Onların övladlarını (özləri və malları ilə) dolu gəmilərdə daşımağımız (dənizi, havanı və gəmini onlara ram etməyimiz) onlar üçün (digər) bir nişanədir. (Allahın tovhidi və qüdrətinə dair dənizdə olan nişanədir.)
Link
Ayə 41
42

Yasin surəsi Ayə 42

Quran-ı Kərim

Onlar üçün gəmi kimi minik vasitələri yaratdıq (minik heyvanları və havada və yerdə olan nəqliyyat vasitələri kimi)
Link
Ayə 42
43

Yasin surəsi Ayə 43

Quran-ı Kərim

Əgər istəsək, onları (gəmidə olduqları halda) qərq edərik. Nə bir dadlarına çatan olar və nə də onlara nicat verilər.
Link
Ayə 43
44

Yasin surəsi Ayə 44

Quran-ı Kərim

Yalnız Bizdən bir rəhmət olaraq və müəyyən bir müddətədək (dünyada) bəhrələnmək üçün (nicat taparlar).
Link
Ayə 44
45

Yasin surəsi Ayə 45

Quran-ı Kərim

Onlara: «Önünüzdə (gələcəkdə edəcəyiniz şirk və fisqdən) və arxanızda olandan (indiyədək etdiyiniz küfr və fisqdən, yaxud dünyadakı günahlarınızdan və axirətdə onların cəzasından) qorxun, bəlkə sizə rəhm olunsun» – deyildikdə (etina etməzlər).
Link
Ayə 45
46

Yasin surəsi Ayə 46

Quran-ı Kərim

Onlara Rəbbinin nişanələrindən və ayələrindən elə bir nişanə (Qur’an və möcüzələr) gəlməz ki, daim ondan üz döndərməsinlər.
Link
Ayə 46
47

Yasin surəsi Ayə 47

Quran-ı Kərim

Onlara: «Allahın sizə ruzi olaraq verdiyindən (haqqı olan şəxslərə Allah yolunda) sərf edin!»- deyildikdə, kafirlər iman gətirənlərə: «Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?.» – deyərlər (Allah onun ac qalmağını istəmişdir!) Siz yalnız açıq - aşkar azğınlıq içindəsiniz».
Link
Ayə 47
48

Yasin surəsi Ayə 48

Quran-ı Kərim

Və (Məkkə müşrikləri istehza etmək məqsədilə) deyərlər: «Bu vəd (Qiyamətin qopması) nə zaman olacaqdır, əgər düz danışansınızsa?»
Link
Ayə 48
49

Yasin surəsi Ayə 49

Quran-ı Kərim

Bir-birlərilə (öz dünya işləri barədə) çəkişdikləri halda onları yaxalayacaq yalnız (səmavi) bir bağırtının (hamının ölümü ilə nəticələnəcək surun birinci dəfə üfürülməsinin) intizarındadırlar.
Link
Ayə 49
50

Yasin surəsi Ayə 50

Quran-ı Kərim

(Bu zaman) nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də öz adamlarının yanına qayıda bilərlər. (Bir anda yer üzündə olan hər bir insan və ümumiyyətlə hər bir canlı yerindəcə ölər).
Link
Ayə 50
51

Yasin surəsi Ayə 51

Quran-ı Kərim

Sura (ikinci dəfə) üfürülər, onda onların hamısı dərhal qəbirlərindən öz Rəbbinə doğru tələsərlər.
Link
Ayə 51
52

Yasin surəsi Ayə 52

Quran-ı Kərim

Deyərlər: «Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? (Bəli,) bu Rəhman (olan Allahın dünyada) bizə vəd verdiyi həmin (ölümdən sonrakı həyat)dır. Onun peyğəmbərləri doğru deyirlərmiş».
Link
Ayə 52
53

Yasin surəsi Ayə 53

Quran-ı Kərim

(Bu zaman) üfürmə və bağırtı (surun üçüncü dəfə çalınması) yalnız bir dəfə olar, onda dərhal hamılıqla (yaradılmış ilk insandan ölmüş axırıncı insanadək) Bizim hüzurumuzda (haqq-hesab və hökmetmə dayanacağında) hazır duracaqlar.
Link
Ayə 53
54

Yasin surəsi Ayə 54

Quran-ı Kərim

Və (belə deyiləcəkdir:) «Bu gün heç kəsə heç bir zülm olunmayacaq və mükafatından azaldılmayacaqdır və siz etdiyiniz əməllərdən başqa bir şeydən ötrü cəzalandırılmazsınız (yaxud sizin cəzanız yalnız dünyadakı əməllərinizin təcəssümüdür.)».
Link
Ayə 54
55

Yasin surəsi Ayə 55

Quran-ı Kərim

Həqiqətən, Cənnət əhli o gün xoş bir əhval – ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər.
Link
Ayə 55
56

Yasin surəsi Ayə 56

Quran-ı Kərim

Onlar və zövcələri (ağacların və qəsrlərin) kölgələr(i) altında öz bəzənmiş taxtlarına söykənərlər.
Link
Ayə 56
57

Yasin surəsi Ayə 57

Quran-ı Kərim

Orada onlar üçün (hər cür) meyvələr, istədikləri və arzu etdikləri hər şey vardır.
Link
Ayə 57
58

Yasin surəsi Ayə 58

Quran-ı Kərim

(Onlara) salam vardır. (Bu salam) rəhimli Rəbbdən (gələn) bir sözdür.(Bu salam vasitəsiz olaraq, ya mələklərin vasitəsilə onlara yetişər).
Link
Ayə 58
59

Yasin surəsi Ayə 59

Quran-ı Kərim

(Günahkarlara belə xitab olunacaq:) «Bu gün (möminlərin və salehlərin cərgəsindən) ayrılın, ey günahkarlar».
Link
Ayə 59
60

Yasin surəsi Ayə 60

Quran-ı Kərim

Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq – aşkar düşməninizdir?!»
Link
Ayə 60
61

Yasin surəsi Ayə 61

Quran-ı Kərim

Və: «Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!»
Link
Ayə 61
62

Yasin surəsi Ayə 62

Quran-ı Kərim

Şübhəsiz, (Şeytan) sizin içinizdən bir çox dəstələrı azdırdı, heç düşünmürdünüzmü?!
Link
Ayə 62
63

Yasin surəsi Ayə 63

Quran-ı Kərim

Bu, daim onunla təhdid olunduğunuz Cəhənnəmdir.
Link
Ayə 63
64

Yasin surəsi Ayə 64

Quran-ı Kərim

Küfr və nankorluq etdiyinizə görə bu gün oraya daxil olun və onun atəşini dadın.
Link
Ayə 64
65

Yasin surəsi Ayə 65

Quran-ı Kərim

Bu gün onların ağızlarını möhürləyərik. Onların əlləri Bizimlə danışar, ayaqları isə etdikləri əməllər barəsində şəhadət verərlər.
Link
Ayə 65
66

Yasin surəsi Ayə 66

Quran-ı Kərim

Əgər istəsək onların (müşriklərin) gözlərini (tamamilə) yox edərik, onda onlar (adət etdikləri) yol(ların)da bir – birini ötməyə çalışarlar. Amma haradan yolu görə bilərlər?! Necə görə bilərlər?! (Əlbəttə, görə bilməzlər. Lakin Biz bunu etmirik.)
Link
Ayə 66
67

Yasin surəsi Ayə 67

Quran-ı Kərim

Əgər istəsək onları öz yerlərindəcə (harada olsalar) məsx edərik (heyvan yaxud cansız bir şey halına salarıq) ki, nə (məqsədlərinə doğru) gedə, nə də qayıda bilərlər (və nə məsx halında qala və nə də əvvəlki hala qayıda bilərlər).
Link
Ayə 67
68

Yasin surəsi Ayə 68

Quran-ı Kərim

Kimə də uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik (qüvvələrini zəiflədərik), heç düşünmürlərmi?!
Link
Ayə 68
69

Yasin surəsi Ayə 69

Quran-ı Kərim

Və Biz Ona (Peyğəmbərə) şer öyrətmədik və bu ona heç yaraşmaz da. Onun oxuduğu yalnız bir öyüd-nəsihət, aşkar və aydınlıq gətirən Qur’andır ki,
Link
Ayə 69
70

Yasin surəsi Ayə 70

Quran-ı Kərim

Qəlbləri diri (və vicdanları haqqı qəbul etməyə hazır) olan kəsləri qorxutsun və (Allahın) söz(ü və Cəhənnəm vədi) kafirlərin barəsində gerçək olsun.
Link
Ayə 70
71

Yasin surəsi Ayə 71

Quran-ı Kərim

Məgər Bizim (qüdrət) əllərimizin yaratdıqlarıından (ilk maddələrdən və canlıların vücud mənbəyindən) onlar üçün heyvanlar xəlq etdiyimizi və özlərinin də onlara malik və sahib olduqlarını görmürlərmi !?
Link
Ayə 71
72

Yasin surəsi Ayə 72

Quran-ı Kərim

Bunları (bu heyvanları) onlara ram etdik, bəzisi onların minik vasitələridir və bəzisin(in isə ətindən və südün)dən yeyirlər.
Link
Ayə 72
73

Yasin surəsi Ayə 73

Quran-ı Kərim

Onlar üçün onda (o heyvanlarda) mənfəətlər və içəcəklər vardır, belə isə, şükr etməzlərmi?!
Link
Ayə 73
74

Yasin surəsi Ayə 74

Quran-ı Kərim

Tək olan Allahın əvəzində özlərinə tanrılar qəbul etdilər ki, bəlkə (onların tərəfindən) özlərinə bir yardım olunsun.
Link
Ayə 74
75

Yasin surəsi Ayə 75

Quran-ı Kərim

Onların bunlara kömək etməyə qüdrətləri yoxdur və bunlar onlar üçün hazır qoşundurlar (dünyada bu bütləri qoruyub müdafiə edərlər, axirətdə isə onlara görə cəza görərlər).
Link
Ayə 75
76

Yasin surəsi Ayə 76

Quran-ı Kərim

(Ya Muhəmməd!) onların (Allahı inkar etmək və sənin dəvətini qəbul etməmək barədə) sözü səni qəmgin etməsin, çünki Biz onların qəlblərində gizlətdiklərini də, dilləriylə aşkar etdiklərini də bilirik. (Hamısını cəzalandıracağıq).
Link
Ayə 76
77

Yasin surəsi Ayə 77

Quran-ı Kərim

Məgər insan onu nütfədən yaratdığımızı (qəlb gözü ilə) görmədimi ki, birdən-birə (qısa bir müddət ərzində) (məad məsələsində) açıq – aşkar bir düşmən oldu?!
Link
Ayə 77
78

Yasin surəsi Ayə 78

Quran-ı Kərim

Və öz yaradılışını unutduğu halda Bizə bir məsəl də çəkib dedi: «(Bu) sümükləri çürümüş və toz-torpaq olduqları halda kim dirildəcək?»
Link
Ayə 78
79

Yasin surəsi Ayə 79

Quran-ı Kərim

De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir».
Link
Ayə 79
80

Yasin surəsi Ayə 80

Quran-ı Kərim

O kəs ki, sizin üçün («mərx» və «əfar» adlı) yamyaşıl ağacdan (quru və yandırıcı) od əmələ gətirdi, beləliklə siz ondan (iki yaşıl budağı bir-birinə sürtməklə) qəfildən od yandırırsınız.
Link
Ayə 80
81

Yasin surəsi Ayə 81

Quran-ı Kərim

Məgər göyləri və yeri yaradan kəs onların bənzərini yaratmağa qadir deyilmi?! (Belə ki, onların üzvlərini torpaqdan toplayaraq surətcə onlara oxşar və maddəcə onların eyni olan bir forma versin.) Əlbəttə (qadirdir). Odur kamil surətdə yaradan və (hər şeyi) bilən.
Link
Ayə 81
82

Yasin surəsi Ayə 82

Quran-ı Kərim

Bir şeyin var olmasını istədiyi zaman Onun (Allahın) əmri və məqamı ona ancaq: «Ol!» – deməkdir. O da dərhal olar (heç bir alətdən istifadə etmədən, Allahın məhz iradə və istəyi ilə var olar, sanki, ona «Ol» demiş, o da olmuşdur).
Link
Ayə 82
83

Yasin surəsi Ayə 83

Quran-ı Kərim

Hər şeyin həqiqi mülkiyyəti və kamil hökmranlığı (qüdrət) əlində olan Allah (hər nöqsandan) pak (və uzaq)dır. (Siz insanlar hamınız) Ona tərəf qaytarılacaqsınız.
Link
Ayə 83

Süra Haqqında

Yasin surəsi Quran-ı Kərimdə 36. surədir və 83 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 83 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim