Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əz-Zariyat surəsi

Əz-Zariyat surəsi Ayələri

Toplam 60 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əz-Zariyat surəsi Ayə 1

Quran-ı Kərim

And olsun buludları dağıdan, toz-torpağı qaldıran, bitkiləri və ağacları mayalandıran küləklərə! And olsun insan nəslini yer üzündə yayan əməlisaleh qadınlara! Necə də maraqlı və bərəkətli bir yayım!
Link
Ayə 1
2

Əz-Zariyat surəsi Ayə 2

Quran-ı Kərim

(And olsun) buludlarla yüklənmiş küləklərə, yağışla yüklənmiş buludlara və ikicanlı dişilərə,
Link
Ayə 2
3

Əz-Zariyat surəsi Ayə 3

Quran-ı Kərim

(and olsun) asanlıqla üzən gəmilərə, yüngül əsən yellərə və sakit hərəkətdə olan ulduzlara.
Link
Ayə 3
4

Əz-Zariyat surəsi Ayə 4

Quran-ı Kərim

(and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə,
Link
Ayə 4
5

Əz-Zariyat surəsi Ayə 5

Quran-ı Kərim

həqiqətən sizə (ölümdən sonrakı vəziyyət barəsində) vəd edilən şey doğrudur.
Link
Ayə 5
6

Əz-Zariyat surəsi Ayə 6

Quran-ı Kərim

Şübhəsiz, cəza (günü) olacaq və gerçəkləşəcəkdir.
Link
Ayə 6
7

Əz-Zariyat surəsi Ayə 7

Quran-ı Kərim

And olsun zinətli və gözəl görünüşlü göyə, mütənasib yaradılışa və mələklərin müxtəlif qalxma və enmə yollarına
Link
Ayə 7
8

Əz-Zariyat surəsi Ayə 8

Quran-ı Kərim

ki, həqiqətən (siz Məkkə əhlinin Peyğəmbər və onun Qur’anı barəsində) sözləriniz müxtəlif və fərqlidir. (Peyğəmbər və Qur’an barəsində «o sehrbaz və bu sehrdir; o kahin, bu isə cin və şeytanın sözləridir; o şair, bu isə şerdir; o öyrədilmiş, bu isə keçmişlərin əfsanələridir» deyirsiniz.)
Link
Ayə 8
9

Əz-Zariyat surəsi Ayə 9

Quran-ı Kərim

Ondan (Peyğəmbərdən və onun Qur’anından bütün xeyir və səadətlərdən) dönən kimsə dönər. (Yaxud: Bu Peyğəmbərdən və Qur’andan Allahın əzəli elmində səadətdən məhrum olan şəxs döndərilər.)
Link
Ayə 9
10

Əz-Zariyat surəsi Ayə 10

Quran-ı Kərim

Ölüm olsun (Peyğəmbər, Qur’an və məad barəsində iftira söyləyən) yalançılara!
Link
Ayə 10
11

Əz-Zariyat surəsi Ayə 11

Quran-ı Kərim

(Nadanlıq) burulğan(ın)da (dinin həqiqətlərindən) qafil olanlara!
Link
Ayə 11
12

Əz-Zariyat surəsi Ayə 12

Quran-ı Kərim

Onlar «cəza günü nə vaxtdır?» (deyə) soruşurlar.
Link
Ayə 12
13

Əz-Zariyat surəsi Ayə 13

Quran-ı Kərim

Onların odun içində əzab verilib yanacaqları gün!
Link
Ayə 13
14

Əz-Zariyat surəsi Ayə 14

Quran-ı Kərim

(Onlara belə deyiləcək:) «(Günahlarınızın müqabilində verilən və ya elə günahın təzahürü olan) əzabınızı dadın. Bu sizin (gəlişi üçün) tələsdiyiniz şeydir.»
Link
Ayə 14
15

Əz-Zariyat surəsi Ayə 15

Quran-ı Kərim

Şübhəsiz, təqvalılar bağlarda və bulaqların başındadırlar.
Link
Ayə 15
16

Əz-Zariyat surəsi Ayə 16

Quran-ı Kərim

Rəbblərinin onlara əta etdiyi (axirət nemətləri)ni alarlar. Çünki onlar bundan öncə (dünyada) yaxşı idilər və yaxşı işlər görürdülər.
Link
Ayə 16
17

Əz-Zariyat surəsi Ayə 17

Quran-ı Kərim

Onlar gecənin az bir hissəsini yatırdılar.
Link
Ayə 17
18

Əz-Zariyat surəsi Ayə 18

Quran-ı Kərim

Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər.
Link
Ayə 18
19

Əz-Zariyat surəsi Ayə 19

Quran-ı Kərim

Və onların mallarında əl açanlar və məhrumlar üçün (Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş) bir haqq var idi.
Link
Ayə 19
20

Əz-Zariyat surəsi Ayə 20

Quran-ı Kərim

Yer üzündə (onun böyüklüyü, həcmi, hərəkəti, səthinin vəziyyəti, mədənləri və dağlarında) yəqini olanlar üçün (Allahın tovhid, qüdrət, hikmət və mərhəmətinə dəlalət edən) nişanələr vardır.
Link
Ayə 20
21

Əz-Zariyat surəsi Ayə 21

Quran-ı Kərim

Həmçinin sizin öz vücudunuzda (cisminizin kəmiyyət və keyfiyyət baxımından hərəkətində, bədən üzvlərinizin quruluşunda, ruhun bədənlə əlaqəsinin necəliyində, onun bədən üzvlərinə hakim olmasında, ağılda və ruhun bir-birinə zidd sifətlərində, nəsil artımında və ictimai əlaqələrinizdə də nişanələr vardır). Belə isə məgər (həm gözünüz və həm də ürəyinizin gözü ilə) görmürsünüz?!
Link
Ayə 21
22

Əz-Zariyat surəsi Ayə 22

Quran-ı Kərim

Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) göydədir.
Link
Ayə 22
23

Əz-Zariyat surəsi Ayə 23

Quran-ı Kərim

Beləliklə and olsun göyün və yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızı bildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-məhfuzda yazılıb və icra mərhələsinə yetişib).
Link
Ayə 23
24

Əz-Zariyat surəsi Ayə 24

Quran-ı Kərim

İbrahimin (mələklərdən ibarət) əziz qonaqlarının xəbəri sənə (gəlib) çatıbmı?
Link
Ayə 24
25

Əz-Zariyat surəsi Ayə 25

Quran-ı Kərim

Onlar İbrahimin yanına gəlib salam verəndə o dedi: «Salam (olsun sizə).» (Lakin öz-özlüyündə) «(bunlar) yad bir dəstədirlər» (dedi).
Link
Ayə 25
26

Əz-Zariyat surəsi Ayə 26

Quran-ı Kərim

Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi.
Link
Ayə 26
27

Əz-Zariyat surəsi Ayə 27

Quran-ı Kərim

Onu onların qabağına qoydu (və yemədiklərini görüb) dedi: «Yemirsiniz?!»
Link
Ayə 27
28

Əz-Zariyat surəsi Ayə 28

Quran-ı Kərim

Beləliklə onlardan (qonaqlardan) qorxuya düşdü. Onlar dedilər: «Qorxma!» Və ona çox bilikli bir oğlan uşağı ilə müjdə verdilər.
Link
Ayə 28
29

Əz-Zariyat surəsi Ayə 29

Quran-ı Kərim

Həmin vaxt onun zövcəsi fəryad qopara-qopara onlara üz tutdu və (təəccüb və sevincdən) üzünə vuraraq dedi: «Qısır bir qarı (doğa bilər)?!»
Link
Ayə 29
30

Əz-Zariyat surəsi Ayə 30

Quran-ı Kərim

Dedilər: «Rəbbin belə buyurub. Şübhəsiz, O, hikmət sahibi və (hər şeyi) biləndir.»
Link
Ayə 30
31

Əz-Zariyat surəsi Ayə 31

Quran-ı Kərim

İbrahim dedi: «Ey (ilahi) elçilər (vəzifə və) işiniz nədir?»
Link
Ayə 31
32

Əz-Zariyat surəsi Ayə 32

Quran-ı Kərim

Dedilər: «Biz günahkar bir dəstəyə (Lutun qövmünə) göndərilmişik
Link
Ayə 32
33

Əz-Zariyat surəsi Ayə 33

Quran-ı Kərim

ki, onların başına (yağış kimi) gildən (hazırlanmış) daşlar yağdıraq.
Link
Ayə 33
34

Əz-Zariyat surəsi Ayə 34

Quran-ı Kərim

Rəbbinin yanında israf edənlər (həddini aşan zalımlar) üçün nişanlanmış (daşları)!
Link
Ayə 34
35

Əz-Zariyat surəsi Ayə 35

Quran-ı Kərim

Beləliklə oradakı (və İbrahim və Luta iman gətirmiş) möminlərin hamısını çıxartdıq.
Link
Ayə 35
36

Əz-Zariyat surəsi Ayə 36

Quran-ı Kərim

Həmin diyarda yalnız bir müsəlman evi (Lutun evini) tapdıq.
Link
Ayə 36
37

Əz-Zariyat surəsi Ayə 37

Quran-ı Kərim

(İnsanları həlak etdikdən sonra) orada ağrılı əzabdan qorxanlar üçün (Öz tövhid və qəzəbimizə dəlalət edən) bir nişanə (qorxulu səhra, devrilmiş diyar, yağdırılmış daşlar və çirkli sular) qoyduq.
Link
Ayə 37
38

Əz-Zariyat surəsi Ayə 38

Quran-ı Kərim

Musanın barəsində də onu aydın dəlil-sübutla (əsa və nur saçan əl ilə) Fironun yanına göndərdiyimiz zaman (Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanə vardır).
Link
Ayə 38
39

Əz-Zariyat surəsi Ayə 39

Quran-ı Kərim

Beləliklə o (Firon) bütün vücudu ilə (yaxud var gücü və qoşunu ilə) ondan (Musadan) üz döndərdi və dedi: «(Bu kişi) cadugər, yaxud da dəlidir.»
Link
Ayə 39
40

Əz-Zariyat surəsi Ayə 40

Quran-ı Kərim

Buna görə də məzəmmətə layiq işlər gördüyü və (son anda özü) özünü məzəmmət etdiyi bir halda onu və ordusunu tutub dənizə atdıq.
Link
Ayə 40
41

Əz-Zariyat surəsi Ayə 41

Quran-ı Kərim

Həmçinin (Hud peyğəmbərin qövmü) Adda, onlara qısır (heç bir xeyiri olmayan və yalnız şər doğan) külək göndərdiyimiz zaman (onların başlarına gələnlərdə Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanələr vardır.)
Link
Ayə 41
42

Əz-Zariyat surəsi Ayə 42

Quran-ı Kərim

O (külək) nəyin üstünə əsirdisə onu çürümüş sümüyə döndərməyincə buraxmırdı.
Link
Ayə 42
43

Əz-Zariyat surəsi Ayə 43

Quran-ı Kərim

Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmudda (möcüzə olaraq göndərilmiş dəvəni öldürdükdən sonra) onlara (peyğəmbərləri Saleh tərəfindən) «bir müddət (üç gün) bəhrələnin (əzabınız yetişəcək)» deyilən zaman (bu tayfanın başına gələnlərdə də Bizim qəzəb və qüdrətimizin nişanəsi vardır).
Link
Ayə 43
44

Əz-Zariyat surəsi Ayə 44

Quran-ı Kərim

Onlar (həmin möhlət verilən günlərdə də) Rəbblərinin əmrinə itaətsizlik etdilər. Belə olan halda onları gözləri baxa-baxa ildırım yaxaladı.
Link
Ayə 44
45

Əz-Zariyat surəsi Ayə 45

Quran-ı Kərim

Beləliklə nə yerdən qalx(ıb qaç)mağa güc və imkan tapdılar, nə də özlərinə və bir-birlərinə kömək edə bildilər.
Link
Ayə 45
46

Əz-Zariyat surəsi Ayə 46

Quran-ı Kərim

Və Nuhun qövmünü bundan əvvəl (həlak etdik). Şübhəsiz ki, onlar fasiq və itaətsiz bir dəstə idilər.
Link
Ayə 46
47

Əz-Zariyat surəsi Ayə 47

Quran-ı Kərim

Və göyü (Öz) qüdrət əlimizlə ucaltdıq. Şübhəsiz, Biz (onu və onun sakinlərinin ruzisini) genişləndirənik.
Link
Ayə 47
48

Əz-Zariyat surəsi Ayə 48

Quran-ı Kərim

Və yeri sərdik. Biz gözəl sərənik.
Link
Ayə 48
49

Əz-Zariyat surəsi Ayə 49

Quran-ı Kərim

Bəlkə (cütlüyün və şərikliyin vacib varlığın deyil, mümkün varlığın sifəti olmasını anlayıb) ibrət götürəsiniz deyə, hər bir şeyi (heyvan və bitkiləri erkək və dişi olaraq) cüt yaratdıq.
Link
Ayə 49
50

Əz-Zariyat surəsi Ayə 50

Quran-ı Kərim

(Ya Peyğəmbər! Onlara de: Tovhid və İslam vasitəsi ilə Allahın əzabından) Allaha tərəf qaçsınlar. Həqiqətən mən sizin üçün Onun tərəfindən aşkar və aydınlıq gətirən bir qorxudanam.
Link
Ayə 50
51

Əz-Zariyat surəsi Ayə 51

Quran-ı Kərim

Allahla yanaşı başqa bir məbud götürməyin. Həqiqətən mən Onun tərəfindən sizin üçün aşkar və aydınlıq gətirən bir qorxudanam.
Link
Ayə 51
52

Əz-Zariyat surəsi Ayə 52

Quran-ı Kərim

Beləcə onlardan (Məkkə əhalisindən) qabaqkılara elə bir peyğəmbər gəlmədi ki, onlar (ona) «cadugər, ya da dəlidir» deməsinlər.
Link
Ayə 52
53

Əz-Zariyat surəsi Ayə 53

Quran-ı Kərim

(Keçmişdəkilər və gələcəkdəkilər) bu işi bir-birlərinə tövsiyə ediblər?! Xeyir! Onlar (zatən) itaətsiz və həddi aşan bir dəstədirlər.
Link
Ayə 53
54

Əz-Zariyat surəsi Ayə 54

Quran-ı Kərim

Buna görə də onlardan üz döndər ki, sən (onlardan üz döndərdiyinə görə) məzəmmətə layiq deyilsən.
Link
Ayə 54
55

Əz-Zariyat surəsi Ayə 55

Quran-ı Kərim

Və (möminlərə) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir.
Link
Ayə 55
56

Əz-Zariyat surəsi Ayə 56

Quran-ı Kərim

Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam.
Link
Ayə 56
57

Əz-Zariyat surəsi Ayə 57

Quran-ı Kərim

Mən Onlardan nə Mənim üçün ruzi qazanmalarını istəyirəm, nə də Mənə yemək vermələrini istəyirəm.
Link
Ayə 57
58

Əz-Zariyat surəsi Ayə 58

Quran-ı Kərim

Şübhəsiz, Allah Özü (bütün ruzi yeyənlərə) ruzi verən, güc sahibi və qüvvətlidir.
Link
Ayə 58
59

Əz-Zariyat surəsi Ayə 59

Quran-ı Kərim

Odur ki, həqiqətən (sənin qövmündən) zülm edənlər üçün (keçmiş ümmətlərdən olan) yoldaşlarının payı kimi böyük bir (əzab) pay(ı) vardır. Buna görə də (onu) Məndən tələsik istəməsinlər.
Link
Ayə 59
60

Əz-Zariyat surəsi Ayə 60

Quran-ı Kərim

Odur ki, vəd olunduqları günə görə vay olsun kafirlərin halına!
Link
Ayə 60

Süra Haqqında

Əz-Zariyat surəsi Quran-ı Kərimdə 51. surədir və 60 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 60 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim