Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əz-Zumər surəsi

Əz-Zumər surəsi Ayələri

Toplam 75 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əz-Zumər surəsi Ayə 1

Quran-ı Kərim

Bu kitab (hər şey üzərində) qüdrət və qələbə sahibi, (yaradılış və şəriət qanunları) möhkəm olan Allah tərəfindən nazil edilmişdir.
Link
Ayə 1
2

Əz-Zumər surəsi Ayə 2

Quran-ı Kərim

Həqiqətən bu kitabı sənə haqq olaraq (uca və ağıla müvafiq hədəflə) nazil etdik. Buna görə də Allaha, etiqad və itaətini Onun üçün xalisləşdirmiş halda ibadət et.
Link
Ayə 2
3

Əz-Zumər surəsi Ayə 3

Quran-ı Kərim

Bilin ki, xalis din, etiqad və itaət Allaha məxsusdur. Allahın yerinə (mələk, cin və müqəddəs insanlardan) başçı və rəbb götürənlər «biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik» (deyirlər). Həqiqətən Allah onların (və möminlərin) arasında, haqqında ixtilafda olduqları şey barəsində (qiyamət günü) hökm çıxaracaqdır. Əlbəttə, Allah yalançı, kafir və nankor kəsləri hidayət etməz.
Link
Ayə 3
4

Əz-Zumər surəsi Ayə 4

Quran-ı Kərim

Əgər Allah övlad götürmək istəsəydi, mütləq yaratdıqların(ın içərisin)dən istədiyini seçərdi. Lakin O pakdır. O, tək, qalib və (hər şeyə) hakim Allahdır.
Link
Ayə 4
5

Əz-Zumər surəsi Ayə 5

Quran-ı Kərim

Göyləri və yeri haqq olaraq (və uca və ağılın qəbul etdiyi məqsəd üçün) yaratmışdır. Həmişə gecəni (fəsil, gün, iqlim və bölgələrə münasib şəkildə tədricən) gündüzə və gündüzü gecəyə bürüyür. Günəş və ayı (öz iradəsi altında bəndələrinin xeyrinə) ram etmişdir. Onların hər biri (özünün düz və ya dairəvi seyrində) müəyyən müddətədək (Qiaymətin qopacağı günə kimi) hərəkətdədir. Bil ki, yenilməz qüdrət sahibi və çox bağışlayan Odur!
Link
Ayə 5
6

Əz-Zumər surəsi Ayə 6

Quran-ı Kərim

(Allah) sizin hamınızı bir şəxsdən (ulu babanız Adəmdən) yaratdı. Sonra onun zövcəsini (Həvvanı) onun növündən yaratdı (və onların ikisinin evlənməsi ilə insan növü törəyib artdı). (Yaxud:) Siz canlıları bir tək hüceyrəli varlıqdan yaratdı. Sonra (onu artırmaqla) onun üçün bir cüt (tay) yaratdı (və bu yolla yer üzündəki bütün canlılar yarandı). (Qeyb xəzinələrindən zahiri aləmə) sizin üçün heyvanlardan səkkiz qism (hər birindən erkək-dişi olmaqla dəvə, inək, qoyun və keçi) endirdi. Sizi (və heyvanlarınızı) analarınızın bətnlərində üç zülmət (pərdə, uşaqlıq və bətn) içərisindəki yaradılışdan sonra (digər) bir yaradılışla yaradır. Budur Allah, sizin Rəbbiniz! Varlıq aləminin mülkiyyəti və hakimiyyəti Ona məxsusdur. Ondan başqa bir məbud yoxdur. Belə isə necə və hara döndərilirsiniz?
Link
Ayə 6
7

Əz-Zumər surəsi Ayə 7

Quran-ı Kərim

Əgər küfr etsəniz, şübhəsiz, Allah sizə möhtac deyil (və Ona ziyan vurmursunuz). (Lakin O,) bəndələri üçün küfrü bəyənmir. Əgər şükr etsəniz, sizin üçün onu bəyənir. Heç bir günahkar can başqasının günah yükünü götürməz. Sonra sizin hamınızın dönüşü Rəbbinizə tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir. Çünki o ürəklərdə olanı (zehni təsəvvürləri, təsdiqləri və ruhi sifətləri) bilir.
Link
Ayə 7
8

Əz-Zumər surəsi Ayə 8

Quran-ı Kərim

(İmansız və ya imanı zəif olan) insana (suda boğulmaq və ölümə səbəb olan xəstəlik kimi) bir zərər-ziyan toxunan zaman o, (məcbur şəkildə) öz Rəbbinə tərəf qayıdan halda Onu çağırar. Sonra, Öz tərəfindən ona (həmin çətinlikdən nicat və sairə kimi) bir nemət əta edən zaman, keçmişdə, səbəbindən Allahı çağırdığı şeyi unudar və (yenidən insanları) Allahın yolundan azdırmaq üçün Ona (bütlərdən və sairədən) şəriklər qoşar. De: «Bir müddət öz küfründən bəhrələn ki, mütləq od əhlindən olacaqsan.»
Link
Ayə 8
9

Əz-Zumər surəsi Ayə 9

Quran-ı Kərim

(Əzab içində olan həmin kafir yaxşıdır) yoxsa gecənin saatlarını səcdə və qiyam (ayaq üstə), itaət və xüzu ilə (müticəsinə) keçirən, axirətdən (axirət əzabından) qorxan və Rəbbinin mərhəmətinə ümid bəsləyən şəxs? De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?» Yalnız əsl ağıl sahibləri ibrət götürərlər.
Link
Ayə 9
10

Əz-Zumər surəsi Ayə 10

Quran-ı Kərim

(Mənim bəndələrimə) de: «Ey Mənim iman gətirmiş bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada (əməl və etiqadda) yaxşılıq edənlər üçün (həm dünyada, həm də axirətdə) gözəl mükafat vardır. Allahın yeri genişdir (əgər bir yerdə dindarlıq edə bilməsəniz başqa bir yerə hicrət edin). Şübhəsiz, səbrlilərin mükafatları saysız-hesabsız və kamil şəkildə veriləcəkdir.
Link
Ayə 10
11

Əz-Zumər surəsi Ayə 11

Quran-ı Kərim

De: «Mənə Allaha xalis itaət və etiqadla ibadət etmək əmr edilmişdir.
Link
Ayə 11
12

Əz-Zumər surəsi Ayə 12

Quran-ı Kərim

Həmçinin mənə əmr edilmişdir ki, (bu dinə və kitaba) təslim olanlardan ilk şəxs olum.»
Link
Ayə 12
13

Əz-Zumər surəsi Ayə 13

Quran-ı Kərim

De: «Həqiqətən əgər Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxuram.»
Link
Ayə 13
14

Əz-Zumər surəsi Ayə 14

Quran-ı Kərim

De: «Mən etiqad və itaətimi Allah üçün xalisləşdirdiyim halda yalnız Ona ibadət edirəm.
Link
Ayə 14
15

Əz-Zumər surəsi Ayə 15

Quran-ı Kərim

Buna görə siz (də) Ondan başqa istədiyinizə ibadət edin.» De: «Şübhəsiz, (əsl) ziyana uğramış kəslər Qiyamətdə özlərini və ailələrini ziyana uğratmış kəslərdir. Bilin ki, həmin açıq-aşkar ziyan budur.»
Link
Ayə 15
16

Əz-Zumər surəsi Ayə 16

Quran-ı Kərim

Onlar üçün başlarının üstündə oddan «kölgəliklər», həmçinin ayaqlarının altında (aşağıdakı təbəqənin odundan) «kölgəliklər» vardır. Allahın Öz bəndələrini qorxutduğu budur (bu əzabdır). Ey Mənim bəndələrim, Məndən qorxun!
Link
Ayə 16
17

Əz-Zumər surəsi Ayə 17

Quran-ı Kərim

Hər bir itaətsiz batil qüvvədən və Allahdan qeyri məbuddan ona ibadət etməmək üçün çəkinmiş və Allaha tərəf qayıtmış kəslərə müjdə olsun! Buna görə də müjdə ver Mənim bəndələrimə!
Link
Ayə 17
18

Əz-Zumər surəsi Ayə 18

Quran-ı Kərim

Sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsl ağıl sahibləri!
Link
Ayə 18
19

Əz-Zumər surəsi Ayə 19

Quran-ı Kərim

Məgər (azğınlığına və itaətsizliyinə görə Allahın əzəli elmində və Lövhi-Məhfuzda) barəsində əzab kəlməsi gerçəkləşmiş və təsbit olmuş kəs (nicat tapacaq)? Məgər sən odda (od içərisində) olan kəsə nicat verə bilərsən?!
Link
Ayə 19
20

Əz-Zumər surəsi Ayə 20

Quran-ı Kərim

Lakin Rəbbindən qorxan kəslər üçün bir-birinin üzərində tikilmiş (mərtəbə-mərtəbə) otaqlar vardır ki, onların altından çaylar axır. (Bu,) Allahın vədidir. Allah heç vaxt vədinə xilaf çıxmaz.
Link
Ayə 20
21

Əz-Zumər surəsi Ayə 21

Quran-ı Kərim

Məgər Allahın göydən (yağış, qar və dolu şəklində) su endirməsini, onu yerdə (yerin aşağı qatlarındakı) çeşmələrə daxil etməsini, daha sonra onun vasitəsi ilə müxtəlif bitkiləri (göyərti, dənli bitki və meyvələri) çıxardığını görmürsən? Sonra onların inkişafı sona çatır və onlar quruyurlar. Beləliklə onu saralmış görürsən. Sonra onları çör-çöpə döndərir. Həqiqətən bunda (bu yaratmaq və yox etməkdə) əsl ağıl sahibləri üçün (dünyanın yox olması və ölümdən sonra axirət aləminin olması barəsində) ibrət və oyanma vardır.
Link
Ayə 21
22

Əz-Zumər surəsi Ayə 22

Quran-ı Kərim

Buna görə də məgər Allahın sinəsini İslam(ı qəbul etmək) üçün açdığı, beləliklə də (həyatı boyu) Rəbbi tərəfindən bir nura (etiqad və əməl yollarını işıqlandıran dinə) əsaslanan kəs (qəlbi zülmətdə olan kəs kimidir)? Odur ki, qəlbləri Allahı unutmaq nəticəsində bərkimiş kəslərin vay halına! Onlar aşkar azğınlıq içərisindədirlər.
Link
Ayə 22
23

Əz-Zumər surəsi Ayə 23

Quran-ı Kərim

Allah sözün ən gözəlini – ayələri biri digərinə bağlı və bir-birini açıqlayan, təfsir edən, (ayələrinin hamısı kəlmələrin fəsahəti, bəyanının möhkəmliyi və mənasının dərinliyi baxımından) bir-birinə bənzəyən kitab (şəklində) nazil etmişdir. Rəbblərindən qorxan kəslərin (bədənlərinin) dəriləri ondan (onu eşidəndə) titrəyər. Sonra onların dəriləri və ürəkləri yumşalar və onlar rahatlıq və Allaha inam taparlar. Bu (vəziyyət), Allahın hidayətidir ki, istədiyi kəsi onun vasitəsi ilə doğru yola istiqamətləndirir. Allah kimi azğınlıqda boşlasa (müvəffəqiyyəti ondan alsa), onun heç vaxt bir yol göstərəni olmayacaqdır.
Link
Ayə 23
24

Əz-Zumər surəsi Ayə 24

Quran-ı Kərim

Buna görə də məgər Qiyamət günü (əlləri bağlı olduğu üçün) pis və çətin əzabdan öz üzü ilə qorunan kəs (əzabdan amanda olan kəs kimidir)?! Zalımlara deyiləcək: «Dadın əldə etdiyiniz günahların cəzasını və ya həmin əməllərin gerçək təzahürü olan əzabı!»
Link
Ayə 24
25

Əz-Zumər surəsi Ayə 25

Quran-ı Kərim

Bunlardan qabaqkılar da (öz peyğəmbərlərini) təkzib etdilər. (Allahın) əzab(ı) ehtimal etmədikləri yerdən onlara gəldi.
Link
Ayə 25
26

Əz-Zumər surəsi Ayə 26

Quran-ı Kərim

Beləliklə Allah (suda batırmaq, göydən gələn qorxunc səs, zəlzələ, daş yağışı və məsx etmək – surətlərini dəyişdirib çirkin bir hala salmaq – vasitəsi ilə) dünya həyatında onlara xarlıq və zillət daddırdı. Şübhəsiz, axirət əzabı daha böyükdür, əgər bilsəydilər!
Link
Ayə 26
27

Əz-Zumər surəsi Ayə 27

Quran-ı Kərim

Doğrudan da Biz bu Qur’anda insanlar üçün bəlkə ibrət götürdülər deyə hər cür məsəl çəkdik.
Link
Ayə 27
28

Əz-Zumər surəsi Ayə 28

Quran-ı Kərim

(Kəlmə və mənalarında) heç cür əyrilik olmayan ərəbcə bir Qur’an! Bəlkə çəkindilər.
Link
Ayə 28
29

Əz-Zumər surəsi Ayə 29

Quran-ı Kərim

Allah (müşrik və təkallahlı şəxs barəsində) məsəl çəkmişdir: Bir neçə pis xasiyyətli və müxtəlif istəkli ağanın şərik olduğu (və hər birinin onu öz göstərişinə tərəf çəkdiyi) bir qul kişi və (verdiyi əmrlərdə mane və şəriki olmayan) bir nəfərin qulu olan bir kişi. Heç bu ikisi (sifətləri və halları baxımından) bərabərdir? Şükr və tərif Allaha məxsusdur (və bu məsələnin həqiqət olması gizli deyil), lakin onların çoxu bilmirlər.
Link
Ayə 29
30

Əz-Zumər surəsi Ayə 30

Quran-ı Kərim

Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəklər.
Link
Ayə 30
31

Əz-Zumər surəsi Ayə 31

Quran-ı Kərim

Sonra siz hamınız Qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz.
Link
Ayə 31
32

Əz-Zumər surəsi Ayə 32

Quran-ı Kərim

Belə isə kim Allaha iftira yaxandan (Onun övladı və şəriki olmasına qail olandan) və həqiqət (peyğəmbərlik və sənin kitabın) ona çatanda onu təkzib edəndən daha zalımdır?! Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur?!
Link
Ayə 32
33

Əz-Zumər surəsi Ayə 33

Quran-ı Kərim

Həqiqəti gətirən və onu təsdiq edən kəs, (özlərinin haqq dinlərini təsdiq edən tək-tək bütün peyğəmbərlər, bəli,) əsl təqvalılar (və məsumluq məqamında olanlar) onlardır. [Yaxud: (İslam Peyğəmbəri kimi) həqiqəti gətirən və (bu ümmətdən) onu təsdiq edən kəs, onların hamısı əsl təqvalılardır.]
Link
Ayə 33
34

Əz-Zumər surəsi Ayə 34

Quran-ı Kərim

Onlar üçün Rəbblərinin yanında istədikləri şey vardır. Budur yaxşı əməl sahiblərinin mükafatı!
Link
Ayə 34
35

Əz-Zumər surəsi Ayə 35

Quran-ı Kərim

Allahın onların (nəinki pis, hətta) daha pis əməllərini bağışlaması və onları etdikləri ən gözəl əməllərin müqabilində mükafatlandırması üçün!
Link
Ayə 35
36

Əz-Zumər surəsi Ayə 36

Quran-ı Kərim

Məgər Allah bəndəsin(in işlərin)ə kifayət deyil?! Və səni Ondan qeyrisi ilə qorxudurlar. Allah kimi azğınlıqda boşlasa, ona əsla bir yol göstərən olmaz.
Link
Ayə 36
37

Əz-Zumər surəsi Ayə 37

Quran-ı Kərim

Allahın hidayət etdiyi kəsi əsla azdıran olmaz. Məgər Allah yenilməz qüdrət və intiqam sahibi deyil?!
Link
Ayə 37
38

Əz-Zumər surəsi Ayə 38

Quran-ı Kərim

Əgər onlardan göyləri və yeri kimin yaratmasını soruşsan, şübhəsiz «Allah» deyə (cavab verə)cəklər. (Çünki onlar öz məbudlarını uluhiyyət və yaradılışda deyil, rübubiyyətdə və işlərin idarəçiliyində Allahın şəriki hesab edirdilər.) De: «Mənə xəbər verin (görüm) əgər Allah mənə bir zərər-ziyan (vurmaq) istəsə Allahın yerinə çağırdıqlarınız Onun zərər-ziyanını aradan qaldıra bilərlər? Yaxud O, mənə bir mərhəmət istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlər?» De: «Mənə Allah kifayətdir. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər.»
Link
Ayə 38
39

Əz-Zumər surəsi Ayə 39

Quran-ı Kərim

De: «Ey mənim qövmüm! Siz öz (dini və etiqadi) durumunuz əsasında davranın, mən də (Allaha təslimçilik və imana) əməl edənəm. Beləliklə tezliklə biləcəksiniz
Link
Ayə 39
40

Əz-Zumər surəsi Ayə 40

Quran-ı Kərim

ki, (dünyada) xar və rüsavayedici əzab kimə gələcək və (axirətdə) daimi əzaba kim düçar olacaq.»
Link
Ayə 40
41

Əz-Zumər surəsi Ayə 41

Quran-ı Kərim

Həqiqətən Biz bu kitabı sənə insanlar üçün, haqq olaraq nazil etdik. Buna görə də kim doğru yola gəlsə öz xeyrinə hidayət olub və kim yolunu azsa yalnız öz ziyanına azır. Sən onların işlərinin vəkili deyilsən (ki, imanı onların qəlbinə çatdırmaq vəzifəsi daşıyasan. Bu, Allahın işidir).
Link
Ayə 41
42

Əz-Zumər surəsi Ayə 42

Quran-ı Kərim

Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır. Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir. Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır.
Link
Ayə 42
43

Əz-Zumər surəsi Ayə 43

Quran-ı Kərim

Yoxsa onlar Allahın yerinə şəfaətçilər (şəafətçi adlandırdıqları bütlər) götürüblər? De: «Hətta heç nəyə malik olmasalar və heç nə dərk etməsələr belə (yenə onları şəfaətçi hesab edirsiniz)?!»
Link
Ayə 43
44

Əz-Zumər surəsi Ayə 44

Quran-ı Kərim

De: «Şəfaət və vasitəçilik bütünlüklə (istər səbəb və nəticələr arasındakı icbari vasitəçiliklər, istərsə də axirət aləmindəki şəfaətlər) Allaha məxsusdur. (Çünki,) həqiqi mülkiyyət və göylərin və yerin hakimiyyəti Ona məxsusdur. (Ona görə ki, hər bir şeyin yaradılışı, qorunması, idarə edilməsi və yox edilməsi Onun əlindədir.) Sonra sizin hamınız Ona tərəf qaytarılacaqsınız.»
Link
Ayə 44
45

Əz-Zumər surəsi Ayə 45

Quran-ı Kərim

Allahın təkliyi zikr edilən zaman axirətə imanı olmayanların qəlblərində ikrah və nifrət yaranar. Ondan qeyriləri (bütlər) yada salınan zaman isə birdən sevinərlər.
Link
Ayə 45
46

Əz-Zumər surəsi Ayə 46

Quran-ı Kərim

(Onların iman gətirmələrinə naümid olduqdan sonra) de: «Allahım! Ey göylərin və yerin yaradanı, gizli və aşkarı bilən! Bəndələrin arasında (dünyada) ixtilaf etdikləri şey barəsində (axirətdə) Sən hökm çıxaracaqsan!»
Link
Ayə 46
47

Əz-Zumər surəsi Ayə 47

Quran-ı Kərim

Əgər yer üzündə olanlar və onun daha bir misli (küfr etməklə özlərinə) zülm etmiş kəslərin olsa, şübhəsiz, Qiyamət günü hamısını özlərini əzabın pislik və çətinliyindən qurtarmağa fəda edərlər. Onlar üçün Allah tərəfindən güman etmədikləri (şiddətli əzab) zahir olacaqdır.
Link
Ayə 47
48

Əz-Zumər surəsi Ayə 48

Quran-ı Kərim

Onlar üçün pis əməllər və əməllərinin cəzası zahir olacaq və onları (dünyada) istehza etdikləri şey (Qiyamətin çətinlikləri və cəhənnəmin müxtəlif əzabları) bürüyəcəkdir.
Link
Ayə 48
49

Əz-Zumər surəsi Ayə 49

Quran-ı Kərim

Bəli, insana bir zərər-ziyan yetişən zaman Bizi çağırar. Sonra ona Öz tərəfimizdən bir nemət əta edən kimi «o mənə bacarığıma görə verilib» deyər. (Xeyr!) Əksinə, (o, Allah tərəfindən) bir imtahandır, lakin onların çoxu bilmirlər.
Link
Ayə 49
50

Əz-Zumər surəsi Ayə 50

Quran-ı Kərim

Həqiqətən bu sözü onlardan qabaqkılar (Qarun və onun yoldaşları) da demişdilər. Lakin əldə etdikləri (mallar) onlardan (Allahın əzabından) bir şeyi dəf etmədi.
Link
Ayə 50
51

Əz-Zumər surəsi Ayə 51

Quran-ı Kərim

Beləliklə əldə etdiklərinin pis cəzası onlara yetişdi. Bunların (Məkkə kafirlərinin) zülm edənlərinin də əldə etdiklərinin pis cəzası tezliklə onlara çatacaqdır və onlar əsla Bizi (intiqam almaqda) aciz qoya bilməzlər.
Link
Ayə 51
52

Əz-Zumər surəsi Ayə 52

Quran-ı Kərim

Məgər onlar ruzini istədiyi kəs üçün genişləndirən və daraldanın Allah olmasını bilməyiblər? Həqiqətən bunda (bu işdə) iman gətirənlər üçün (Allahın qüdrət, tədbir və hikmətindən) nişanələr vardır.
Link
Ayə 52
53

Əz-Zumər surəsi Ayə 53

Quran-ı Kərim

De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!
Link
Ayə 53
54

Əz-Zumər surəsi Ayə 54

Quran-ı Kərim

Və sizə (qəfil dünya və ya axirət) əzab(ı) gəlməmişdən və daha sonra köməksiz qalmamışdan qabaq Rəbbinizə tərəf dönün və Ona təslim olun.
Link
Ayə 54
55

Əz-Zumər surəsi Ayə 55

Quran-ı Kərim

Özünüzün də xəbəriniz olmadan qəfil əzab sizə yetişməmişdən öncə Rəbbiniz tərəfindən sizə nazil edilən ən gözəl şeylərə (əqidə və əməl barəsindəki vacibata və mənəvi fəzilətlərə) tabe olun.
Link
Ayə 55
56

Əz-Zumər surəsi Ayə 56

Quran-ı Kərim

(Allah sizə öyüd verir) ki, məbada kimsə (Qiyamət günü) «əfsus, Allah barəsində etdiyim səhlənkarlığa görə! Həqiqətən mən məsxərə edənlərdən idim» desin.
Link
Ayə 56
57

Əz-Zumər surəsi Ayə 57

Quran-ı Kərim

Yaxud da (məbada kimsə) «əgər Allah məni doğru yola yönəltsəydi mütləq təqvalılardan olardım» desin. 58. Yaxud (məbada) əzabı görən zaman «ey kaş qayıda və yaxşılardan ola biləydim!» desin.
Link
Ayə 57
58

Əz-Zumər surəsi Ayə 58

Quran-ı Kərim

Yaxud (məbada) əzabı görən zaman «ey kaş qayıda və yaxşılardan ola biləydim!» desin.
Link
Ayə 58
59

Əz-Zumər surəsi Ayə 59

Quran-ı Kərim

(Həmin şəxsə belə deyilər:) Xeyr! Mənim ayə və nişanələrim sənə gəldi, amma sən təkzib və inkar etdin, təkəbbür göstərdin və (həmin vaxt) kafirlərdən idin.
Link
Ayə 59
60

Əz-Zumər surəsi Ayə 60

Quran-ı Kərim

Allaha yalan yaxanların üzlərini Qiyamət günü qaralmış görəcəksən. Məgər cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?!
Link
Ayə 60
61

Əz-Zumər surəsi Ayə 61

Quran-ı Kərim

Allah təqvası olanlara (iman və əməl) uğurlarına görə nicat verər. Onlara nə pislik yetişər və nə də qəmgin olarlar.
Link
Ayə 61
62

Əz-Zumər surəsi Ayə 62

Quran-ı Kərim

Allah hər bir şeyin (vasitəsiz və vasitə ilə) yaradanıdır. Və O, hər şeyə vəkildir.
Link
Ayə 62
63

Əz-Zumər surəsi Ayə 63

Quran-ı Kərim

Göylərin və yerin xəzinələri və onların açarları Ona məxsusdur. Ziyana uğrayanlar Allahın ayələrini inkar edənlərdir.
Link
Ayə 63
64

Əz-Zumər surəsi Ayə 64

Quran-ı Kərim

De: «Ey nadanlar! Mənə Allahdan qeyrisinə ibadət etməyi əmr edirsiniz?!
Link
Ayə 64
65

Əz-Zumər surəsi Ayə 65

Quran-ı Kərim

(Ya Peyğəmbər!) Həqiqətən sənə və səndən əvvəlki (peyğəmbər)lərə vəhy edilib ki, əgər (Allaha) şərik qoşsan, xeyir əməllərin batil və puç olacaq (onların axirət mükafatı aradan gedəcək və onlar başqa aləmdə təzahür tapmaq qabiliyyətini itirəcəklər) və mütləq ziyana uğrayanlardan olacaqsan.
Link
Ayə 65
66

Əz-Zumər surəsi Ayə 66

Quran-ı Kərim

Əksinə, yalnız Allaha ibadət et və şükr edənlərdən ol!
Link
Ayə 66
67

Əz-Zumər surəsi Ayə 67

Quran-ı Kərim

Allahı(n qüdrət və əzəmətini hətta insanın öz dərketmə imkanı çərçivəsində) Onun məqamına layiq meyarla ölçmədilər və tanımadılar. Halbuki qiyamət günü yer (kürəsi) bütünlüklə Onun (qüdrət) ovucunda olacaq, bütün göylər Onun qüdrətli əli ilə büküləcəkdir. O pakdır və Onun şəriki güman edilənlərdən üstündür.
Link
Ayə 67
68

Əz-Zumər surəsi Ayə 68

Quran-ı Kərim

Sur (birinci dəfə) çalınacaq. Allahın istədiyi kəs (birinci ölümü dadan və Bərzəx aləmində olanlar) istisna olmaqla göylərdə və yerdə olan hər bir kəs həlak olacaq (və bu sur ilə ölənlər də ora gedəcəklər). Sonra o, bir daha (ikinci dəfə) çalınacaq. Onda onların hamısı birdən ayağa qalxıb baxacaqlar (və həmin günün sahibinin əmrini gözləyəcəklər).
Link
Ayə 68
69

Əz-Zumər surəsi Ayə 69

Quran-ı Kərim

(Həmin gün) yer (üzü) öz Rəbbinin nuru (həmin gün üçün yaradılmış xüsusi nur) ilə işıqlanacaq (Məhşər əhlinin əməllərinin də dərc edildiyi böyük) kitab (Lövhi-Məhfuz bir tərəfə) qoyulacaq. Və bütün peyğəmbərlər və (əməllərin məsumlar, mələklər və təqvalılardan ibarət) şahidlər(i) gətiriləcək, onların (Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılacaq və onlara zülm edilməyəcək, haqları kəsilməyəcək.
Link
Ayə 69
70

Əz-Zumər surəsi Ayə 70

Quran-ı Kərim

Hər bir kəsə etdiyi(nin mükafatı) tam şəkildə veriləcək və O (Allah), onların etdiklərini daha yaxşı bilir.
Link
Ayə 70
71

Əz-Zumər surəsi Ayə 71

Quran-ı Kərim

Kafirlər dəstə-dəstə Cəhənnəmə tərəf sürüklənəcəklər. Nəhayət, ora çatanda onun qapıları açılacaq və gözətçiləri (məzəmmətlə) onlara deyəcəklər: «Məgər sizə özünüzdən (öz cinsinizdən) Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu günün görüşündən qorxudan peyğəmbərlər gəlməmişdi?» Onlar deyərlər: «Bəli (gəlmişdilər), lakin (biz öz küfr və inadkarlığımıza israr etdik və nəhayət Allahın) əzab vədi kafirlərə qəti oldu.»
Link
Ayə 71
72

Əz-Zumər surəsi Ayə 72

Quran-ı Kərim

Onlara deyilər: «Cəhənnəmin qapılarından əbədi məskunlaşmaq üçün ona daxil olun!» Pis yerdir təkəbbürlülərin yeri!
Link
Ayə 72
73

Əz-Zumər surəsi Ayə 73

Quran-ı Kərim

Rəbblərindən qorxanlar (isə) dəstə-dəstə cənnətə tərəf aparılarlar. Nəhayət ora çatanda onun qapıları (daxil olmaq üçün onların üzünə) açılar. Onun gözətçiləri onlara deyərlər: «Salam olsun sizə! (Həm cism, həm də ruh baxımından) pak oldunuz. Buna görə də əbədi məskunlaşmaq üçün ora daxil olun!»
Link
Ayə 73
74

Əz-Zumər surəsi Ayə 74

Quran-ı Kərim

(Cənnət əhli orada məskunlaşdıqdan sonra) deyərlər: «Şükr bizim barəmizdəki vədini gerçəkləşdirən və cənnət yerini irsi olaraq (dini qəbul edəcəkləri təqdirdə bizə şərik olacaq kəslərin payını da) bizə verən Allaha məxsusdur ki, cənnətin istədiyimiz yerində məskən seçirik. Əməl edənlərin mükafatı gözəldir!
Link
Ayə 74
75

Əz-Zumər surəsi Ayə 75

Quran-ı Kərim

(Həmin gün) mələkləri Rəbblərinə şükr etməklə birlikdə Onu pak sifətlərlə mədh edən halda Ərşi (haqqın səltənət qərargahı və Onun əmrlərinin verildiyi mərkəzi dairəvi şəkildə) əhatə edən görərsən. Onların (bütün Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılar (və Qiyamət hadisələri qurtardıqdan sonra) deyilər: «Həmd və şükr aləmlərin Rəbbi olan Allaha məxsusdur!»
Link
Ayə 75

Süra Haqqında

Əz-Zumər surəsi Quran-ı Kərimdə 39. surədir və 75 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 75 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim