Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əz-Zuxruf ‏ surəsi

Əz-Zuxruf ‏ surəsi Ayələri

Toplam 89 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əz-Zuxruf ‏ surəsi Ayə 1

Quran-ı Kərim

Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
Link
Ayə 1
2

Əz-Zuxruf ‏ surəsi Ayə 2

Quran-ı Kərim

And olsun bu aydın və (haqq ilə batilə, dinin əsasları ilə qollarına və halal ilə harama) aydınlıq gətirən kitaba ki,
Link
Ayə 2
3

Əz-Zuxruf ‏ surəsi Ayə 3

Quran-ı Kərim

Biz bu kitabı bəlkə (bu kitabın təqdim edildiyi ilk ümmət olan) siz (onun həqiqətləri barəsində) düşünəsiz deyə ərəbcə olan bir Qur’an etdik.
Link
Ayə 3
4

Əz-Zuxruf ‏ surəsi Ayə 4

Quran-ı Kərim

Həqiqətən bu (Qur’an) Bizim yanımızda ana kitabda (Lövhi-Məhfuzda) uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir.
Link
Ayə 4
5

Əz-Zuxruf ‏ surəsi Ayə 5

Quran-ı Kərim

Siz həddini aşan bir dəstə olduğunuz üçün başdan ayağa öyüd-nəsihət olan bu kitabı nifrət üzündən sizdən geriyəmi qaytaraq?
Link
Ayə 5
6

Əz-Zuxruf ‏ surəsi Ayə 6

Quran-ı Kərim

Keçmiş insanlara çoxlu peyğəmbərlər göndərdik.
Link
Ayə 6
7

Əz-Zuxruf ‏ surəsi Ayə 7

Quran-ı Kərim

Onlar özlərinə gələn hər bir peyğəmbərə məsxərə edirdilər.
Link
Ayə 7
8

Əz-Zuxruf ‏ surəsi Ayə 8

Quran-ı Kərim

Beləliklə Biz onlardan (ərəblərdən) daha güclüləri həlak etdik və keçmişlərin məsəl və vəsfi (bu Qur’anda nəql edilib) keçdi.
Link
Ayə 8
9

Əz-Zuxruf ‏ surəsi Ayə 9

Quran-ı Kərim

Əlbəttə, əgər onlardan (Məkkə müşriklərindən) «göyləri və yeri kim yaradıb» (deyə) soruşsan, mütləq «onları həmin qüdrətli və bilən (Allah) yaratmışdır» deyəcəklər. (Çünki onlar aləmin yaradılmasında deyil, onun idarə olunması və rübubiyyətdə şirkə düçar olmuşdular.)
Link
Ayə 9
10

Əz-Zuxruf ‏ surəsi Ayə 10

Quran-ı Kərim

Həmin O (Allah) ki, yer üzünü sizin üçün (beşik kimi) rahatlanmaq yeri etdi və bəlkə (öz dünyəvi hədəflərinizə, tovhid və onun kamilliyinə) hidayət olunasınız deyə sizin üçün onda yollar yaratdı.
Link
Ayə 10
11

Əz-Zuxruf ‏ surəsi Ayə 11

Quran-ı Kərim

Həmin O (Allah) ki, göydən müəyyən miqdarda (kamil hikmətinin tələbinə əsasən yağış, qar və dolu şəklində) su nazil etdi və onun vasitəsi ilə (bitki və ağaclar bitirməklə) ölü bir ölkəni diriltdik. (Qiyamət günü siz də torpaqdan) beləcə çıxarılacaqsınız.
Link
Ayə 11
12

Əz-Zuxruf ‏ surəsi Ayə 12

Quran-ı Kərim

Həmin O (Allah) ki, (varlıqların) bütün növləri(ni və bütün cüt məxluqatı) yaratdı və sizin üçün mindiyiniz gəmi və heyvanları vücuda gətirdi.
Link
Ayə 12
13

Əz-Zuxruf ‏ surəsi Ayə 13

Quran-ı Kərim

(Yaratdı) ki, onların üstünə minəsiniz, sonra onların üstündə qərar tutan zaman Rəbbinizin nemətini xatırlayıb deyəsiniz: «Bunu bizə tabe və ram edən (hər bir eyb və nöqsandan) pakdır; (yoxsa) bizim buna gücümüz çatmazdı».
Link
Ayə 13
14

Əz-Zuxruf ‏ surəsi Ayə 14

Quran-ı Kərim

«Və şübhəsiz, biz Rəbbimizə tərəf qayıdacağıq.»
Link
Ayə 14
15

Əz-Zuxruf ‏ surəsi Ayə 15

Quran-ı Kərim

Və (müşriklər) bəndələrindən Allaha hissə (atadan ayrılmış bir hissə olan övlad) nisbət verdilər (mələkləri Onun qızları adlandırdılar). Doğrudan da insan çox küfr edən və aşkar nankordur.
Link
Ayə 15
16

Əz-Zuxruf ‏ surəsi Ayə 16

Quran-ı Kərim

Yoxsa O, yaratdıqlarından Özünə qızları (övlad) götürüb və sizi oğlanlarla (oğul olmaqla olmağa) seçib?!
Link
Ayə 16
17

Əz-Zuxruf ‏ surəsi Ayə 17

Quran-ı Kərim

Halbuki onlardan birinə Rəhman olan Allaha nisbət verdiyi şey ilə (Allahın övladı hesab etdiyi qızın dünyaya gəlməsi ilə) müjdə verilən zaman içi qüssə və hüzn ilə dolu halda (kədərinin çoxluğundan) üzü qaralar.
Link
Ayə 17
18

Əz-Zuxruf ‏ surəsi Ayə 18

Quran-ı Kərim

Bər-bəzək içində bəslənən, mübahisə və dava-dalaş zamanı bəyanı aydın olmayan kəsi (Allahın övladı adlandırırsınız)?!
Link
Ayə 18
19

Əz-Zuxruf ‏ surəsi Ayə 19

Quran-ı Kərim

Rəhman Allahın bəndələri olan mələkləri qızlar sandılar. Məgər onların yaradılışında iştirak edib (onların qız olmalarını) görüblər? Tezliklə onların (mələklər barəsindəki) şahidlikləri yazılacaq və sorğu-sual ediləcəklər.
Link
Ayə 19
20

Əz-Zuxruf ‏ surəsi Ayə 20

Quran-ı Kərim

Onlar (bütlər barəsində) dedilər: «Əgər Rəhman Allah (bizim bütlərə ibadət etməməyimizi) istəsəydi (əsla) onlara ibadət etməzdik!» Onların bu iddialarına (dair) bilikləri yoxdur, əksinə, yalnız güman edir və yalan deyirlər. (Çünki Allahın, şərik qoşmamağı məcburi etmək istəməməsi Onun həmin əmələ razı olmasına və bu işdən ixtiyari şəkildə çəkindirməməsinə dəlalət etmir. Əksinə, Allahın ayələri ixtiyari qadağanın olmasını sübut edir.)
Link
Ayə 20
21

Əz-Zuxruf ‏ surəsi Ayə 21

Quran-ı Kərim

Yoxsa onlara bundan (Qur’andan) əvvəl bir kitab vermişik ki, (onlar bu iddialarında) ona istinad edirlər?!
Link
Ayə 21
22

Əz-Zuxruf ‏ surəsi Ayə 22

Quran-ı Kərim

Əksinə, onlar dedilər: «Həqiqətən biz atalarımızı bir dində görmüşük və biz də onlara tabe olmaq nəticəsində mütləq doğru yoldayıq.»
Link
Ayə 22
23

Əz-Zuxruf ‏ surəsi Ayə 23

Quran-ı Kərim

Və beləcə Biz səndən əvvəl hansı cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərdiksə, onların naz-nemət içində olanları dedilər: «Biz atalarımızı bir dində görmüşük və biz onların arxasınca gedirik.»
Link
Ayə 23
24

Əz-Zuxruf ‏ surəsi Ayə 24

Quran-ı Kərim

(Onların peyğəmbərləri) dedi: «Hətta əgər sizin üçün öz atalarınızı üzərində gördüyünüz dindən daha artıq hidayət edən bir din gətirmiş olsam belə (yenə onların arxasınca gedəcəksiniz)?» Dedilər: «Şübhəsiz, biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik.»
Link
Ayə 24
25

Əz-Zuxruf ‏ surəsi Ayə 25

Quran-ı Kərim

Beləliklə Biz onlardan (məhv etmək və köklərini kəsməklə) intiqam aldıq. Bax gör təkzib edənlərin aqibəti necə oldu!
Link
Ayə 25
26

Əz-Zuxruf ‏ surəsi Ayə 26

Quran-ı Kərim

Və (yada sal) o zaman(ı) ki, İbrahim atasına (qayınatasına və yaxud əmisinə) və öz qövmünə dedi: «Şübhəsiz, mən sizin ibadət etdiklərinizdən tamamilə bezaram,
Link
Ayə 26
27

Əz-Zuxruf ‏ surəsi Ayə 27

Quran-ı Kərim

məni yaratmış (yoxluqdan varlığa gətirmiş) kəs istisna olmaqla ki, əlbəttə O, tezliklə məni (dünyada müxtəlif insani kamilliklərə və axirətdə Cənnətə) hidayət edəcəkdir.»
Link
Ayə 27
28

Əz-Zuxruf ‏ surəsi Ayə 28

Quran-ı Kərim

Və (Allah) onu (bütlərdən bezarlığı və yaradılışın başlanğıcına üz tutulmasını) onun nəslinin arasında əbədi (qalan) kəlmə etdi ki, bəlkə (nəsli və qövmü ona tərəf) qayıtdılar.
Link
Ayə 28
29

Əz-Zuxruf ‏ surəsi Ayə 29

Quran-ı Kərim

Əksinə, haqq, eləcə də aşkar və aydınlıq gətirən elçi (Qur’an və Muhəmməd (s) ) yanlarına gələnə kimi bunları (Məkkə kafirlərini) və (İbrahimin tovhidini qəbul etməyən) atalarını (dünya nemətlərindən) bəhrələndirdik.
Link
Ayə 29
30

Əz-Zuxruf ‏ surəsi Ayə 30

Quran-ı Kərim

Və elə ki, haqq onlara tərəf gəldi, «bu cadudur və biz onu tamamilə inkar edirik» dedilər.
Link
Ayə 30
31

Əz-Zuxruf ‏ surəsi Ayə 31

Quran-ı Kərim

Həmçinin dedilər: «Nə üçün bu Qur’an bu iki şəhərin birindən (mal-dövlət və məqam sahibi olan) böyük bir kişiyə (Məkkədən Vəlid ibn Muğeyrəyə və Taifdən Urvə ibn Məsuda) nazil edilməyib?!»
Link
Ayə 31
32

Əz-Zuxruf ‏ surəsi Ayə 32

Quran-ı Kərim

Məgər sənin Rəbbinin (peyğəmbərlik, hidayət və cəmiyyətin tərbiyəsi kimi) mərhəmətini onlar bölüşdürürlər (ki, istədiklərinə versinlər)?! Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın). Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din) onların topladıqlarından daha yaxşıdır.
Link
Ayə 32
33

Əz-Zuxruf ‏ surəsi Ayə 33

Quran-ı Kərim

Əgər insanların hamısının bir ümmət olmaları (hamısının küfr və şirk ətrafında birləşmələri) ehtimalı olmasaydı, həqiqətən Rəhman Allaha kafir olan kəslərin evləri üçün gümüşdən tavanlar və yuxarı çıxmaları üçün (gümüşdən) nərdivanlar düzəldərdik.
Link
Ayə 33
34

Əz-Zuxruf ‏ surəsi Ayə 34

Quran-ı Kərim

Və evləri üçün (gümüş) qapılar və taxtlar (düzəldərdik) ki, onlara söykənsinlər.
Link
Ayə 34
35

Əz-Zuxruf ‏ surəsi Ayə 35

Quran-ı Kərim

Həmçinin (evləri üçün) qızıl zinət və bəzəklər (verərdik). Lakin bunların hamısı (fani) dünya həyatından (azacıq) bəhrələnməkdən başqa bir şey deyildir. Və Rəbbinin yanında olan axirət təqvalılara məxsusdur.
Link
Ayə 35
36

Əz-Zuxruf ‏ surəsi Ayə 36

Quran-ı Kərim

Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq.
Link
Ayə 36
37

Əz-Zuxruf ‏ surəsi Ayə 37

Quran-ı Kərim

Şübhəsiz, həmin şeytanlar onları (hər bir xeyir) yoldan saxlayarlar və onlar doğru yolu tapmış olduqlarını güman edərlər.
Link
Ayə 37
38

Əz-Zuxruf ‏ surəsi Ayə 38

Quran-ı Kərim

Nəhayət (qəlbi kor olmuş həmin şəxs Qiyamətdə) bizim yanımıza gələn zaman (şeytanına) deyər: «Ey kaş mənimlə sənin aranda şərqlə qərb arasındakı fasilə qədər uzaqlıq olaydı, sən pis yoldaş və dostsan!»
Link
Ayə 38
39

Əz-Zuxruf ‏ surəsi Ayə 39

Quran-ı Kərim

(Dünyada özünüzə) zülm etdiyiniz üçün (bu nifrət və uzaqlıq arzunuz) bu gün sizə əsla bir xeyir verməyəcəkdir. Çünki şübhəsiz, siz (Cəhənnəm) əzab(ın)da ortaqsınız (və sizin aranıza ayrılıq düşməyəcəkdir).
Link
Ayə 39
40

Əz-Zuxruf ‏ surəsi Ayə 40

Quran-ı Kərim

Buna görə də məgər sən karlara (söz) eşitdirə, yaxud korları və aşkar azğınlıqda olanları hidayət edə bilərsən?!
Link
Ayə 40
41

Əz-Zuxruf ‏ surəsi Ayə 41

Quran-ı Kərim

Odur ki, əgər Biz səni (bu dünyadan) aparsaq şübhəsiz, onlardan intiqam alacağıq!
Link
Ayə 41
42

Əz-Zuxruf ‏ surəsi Ayə 42

Quran-ı Kərim

Yaxud onlara vəd etdiyimizi (onların vəd etdiyimiz əzaba düçar olmalarını) sənə göstərəcəyik. Biz mütləq onlara (əzab verməyə) qadir və qalibik (və onlarda hər halda – istər sənin həyatın zamanı olsun, istərsə də sənin ölmündən sonra – intiqam alacağıq).
Link
Ayə 42
43

Əz-Zuxruf ‏ surəsi Ayə 43

Quran-ı Kərim

Odur ki, sənə edilən vəhydən yapış. Çünki sən doğru yoldasan.
Link
Ayə 43
44

Əz-Zuxruf ‏ surəsi Ayə 44

Quran-ı Kərim

Əlbəttə, bu (Qur’an) sənin özün və qövmün üçün bir öyüddür və tezliklə (onun barəsində) sorğu-sual ediləcəksiniz.
Link
Ayə 44
45

Əz-Zuxruf ‏ surəsi Ayə 45

Quran-ı Kərim

Səndən qabaq göndərdiyimiz peyğəmbərlərdən (ümmətin alimlərindən və təhrif edilməmiş kitablardan və yaxud meracda onların ruhlarından) soruş (gör) heç Biz (tarixin əvvəlindən indiyə kimi) Rəhman Allahdan başqa ibadət edilən bir məbudlar təyin etmişik?!
Link
Ayə 45
46

Əz-Zuxruf ‏ surəsi Ayə 46

Quran-ı Kərim

Həqiqətən Biz Musanı Öz ayə və nişanələrimizlə birlikdə Fironun və onun qövmünün başçı və böyüklərinin yanına göndərdik. O dedi: «Mən aləmlərin Rəbbinin elçisiyəm.»
Link
Ayə 46
47

Əz-Zuxruf ‏ surəsi Ayə 47

Quran-ı Kərim

Elə ki, onlara Bizim ayələrimizi gətirdi, onlar birdən onlara (ayələrimizə məsxərə edib) güldülər.
Link
Ayə 47
48

Əz-Zuxruf ‏ surəsi Ayə 48

Quran-ı Kərim

Biz onlara nə ayə və möcüzə göstərirdiksə o, (möcüzəlik və iddiaya dəlalət baxımından) bənzərindən daha böyük idi. Və onları (qıtlıq, tufan, milçək və sairə) əzab(lar)a düçar etdik ki, bəlkə (haqq yola) qayıdalar.
Link
Ayə 48
49

Əz-Zuxruf ‏ surəsi Ayə 49

Quran-ı Kərim

Və (elə ki, bəlaya düçar oldular) dedilər: «Ey sehrbaz! (İman gətirəcəyimiz təqdirdə əzabı bizdən götürmək barəsində) səninlə bağladığı əhdə əsasən bizim üçün Rəbbini çağır, ki, biz mütləq doğru yolda olacağıq.»
Link
Ayə 49
50

Əz-Zuxruf ‏ surəsi Ayə 50

Quran-ı Kərim

Beləliklə elə ki, əzabı onlardan qaldırdıq, dərhal əhd-peymanı pozdular.
Link
Ayə 50
51

Əz-Zuxruf ‏ surəsi Ayə 51

Quran-ı Kərim

Firon öz qövmünün arasında səsini ucaldaraq dedi: «Ey mənim qövmüm! Məgər Misirin hökmranlığı mənə məxsus deyil və bu çaylar mənim altımdan (saraylarımın altından və mənim istəyimə tabe olaraq) axmırlar? Məgər görmürsünüz?!»
Link
Ayə 51
52

Əz-Zuxruf ‏ surəsi Ayə 52

Quran-ı Kərim

«Hətta mən xar və həqir olan və aydın danışa bilməyən bu şəxsdən daha yaxşıyam.» (Firon bu sözləri ilə Musanın dilinin pəltək olmasına işarə edir.)
Link
Ayə 52
53

Əz-Zuxruf ‏ surəsi Ayə 53

Quran-ı Kərim

«Bəs nə üçün onun üzərindən qızıl bilərziklər asılmayıb, yaxud onunla birlikdə çiyin-çiyinə mələklər gəlməyiblər?»
Link
Ayə 53
54

Əz-Zuxruf ‏ surəsi Ayə 54

Quran-ı Kərim

Beləliklə o, öz qövmünü yelbeyin saydı və onlar da ona itaət etdilər. Həqiqətən onlar günahkar və itaətsiz bir dəstə idilər.
Link
Ayə 54
55

Əz-Zuxruf ‏ surəsi Ayə 55

Quran-ı Kərim

Beləliklə elə ki, Bizi qəzəbləndirdilər, onlardan intiqam aldıq və onların hamısını suda qərq etdik.
Link
Ayə 55
56

Əz-Zuxruf ‏ surəsi Ayə 56

Quran-ı Kərim

Nəticədə onları (tarixin batil və azğın qüvvələrinin) öncüllər(i) və gələcək (nəsil)lər üçün ibrətamiz məsəl etdik.
Link
Ayə 56
57

Əz-Zuxruf ‏ surəsi Ayə 57

Quran-ı Kərim

Elə ki, Məryəm oğlu (İsa) məsəl çəkildi (Məryəm surəsində tərifləndi) sənin qövmün dərhal ona görə (sənin onun tanrılığı əqidəsini qəbul etməyini güman edib mübahisə və dava-dalaş salaraq) ona görə səslərini ucaltdılar.
Link
Ayə 57
58

Əz-Zuxruf ‏ surəsi Ayə 58

Quran-ı Kərim

Və (öz tanrılarını üstün tutmaq məqsədi ilə) dedilər: «Bizim tanrılarımız yaxşıdır, yoxsa o? (Əgər o, tanrı və məbud olmuş olsa, allahlığa bizim tanrılarımız daha layiqdir.)» Bu məsəli sənin üçün yalnız (batil) mübahisə məqsədi ilə çəkdilər. (Çünki sən onun tanrılığını qəbul etməmisən.) Əslində onlar inadkar və davakar bir dəstədirlər.
Link
Ayə 58
59

Əz-Zuxruf ‏ surəsi Ayə 59

Quran-ı Kərim

O, (İsa) yalnız nemət verdiyimiz və (qeyri-adi bir məxluq kimi dillərdə əzbər və əməldə örnək olması üçün) İsrail övladları üçün bir məsəl etdiyimiz bir bəndə idi.
Link
Ayə 59
60

Əz-Zuxruf ‏ surəsi Ayə 60

Quran-ı Kərim

Və (İsanın məsələsi Bizim qüdrətimiz baxımından elə də təəccüblü bir şey deyil. Çünki) əgər Biz istəsək siz insanlardan yer üzündə mələklər törədər və ya sizin yerinizə yer üzünə sizin canişinləriniz olan mələklər gətirərik.
Link
Ayə 60
61

Əz-Zuxruf ‏ surəsi Ayə 61

Quran-ı Kərim

Həqiqətən o (dünyaya gəlməsinin necəliyi, möcüzələri və ömrünün sonunda göydən yerə enməsi baxımından) Qiyamət elmi üçün bir nişanədir. Buna görə də ona (həmin günə) şübhə etməyin və Mənə (Mənim din və kitabıma) tabe olun ki, doğru yol budur.
Link
Ayə 61
62

Əz-Zuxruf ‏ surəsi Ayə 62

Quran-ı Kərim

Məbada Şeytan sizi (tovhid və din yolundan) saxlasın. Doğrudan da o, sizin aşkar düşməninizdir.
Link
Ayə 62
63

Əz-Zuxruf ‏ surəsi Ayə 63

Quran-ı Kərim

İsa (özünün peyğəmbərlik möcüzələrindən) aydın dəlillər gətirən zaman dedi: «Mən sizin üçün hikmət (şəriət hökmləri və əqli elmlər) gətirdim (və gəldim) ki, sizə barəsində ixtilafda olduğunuz şeyin bəzisini açıqlayım. Odur ki, Allah dan qorxun və mənə itaət edin.
Link
Ayə 63
64

Əz-Zuxruf ‏ surəsi Ayə 64

Quran-ı Kərim

Şübhəsiz, sizin və mənim Rəbim tək olan Allahdır. Buna görə də Ona ibadət edin. Budur doğru yol.»
Link
Ayə 64
65

Əz-Zuxruf ‏ surəsi Ayə 65

Quran-ı Kərim

Beləliklə onun ümmətinin içərisindən (bəzi) dəstələr ixtilaf etdilər (bəziləri yəhudilikdə qaldı, bəzisi iman gətirərək ifrata varıb həddi aşdı və bəzisi orta yol ilə getdilər). Buna görə də ağrılı günün əzabından vay olsun (bu böyüklükdə) zülm edənlərə (onların halına)!
Link
Ayə 65
66

Əz-Zuxruf ‏ surəsi Ayə 66

Quran-ı Kərim

Yoxsa onlar, (barəsində) qəflətdə ikən Qiyamətdən qeyrisinin gözlənilmədən onlara gəlməsini gözləyirlər?!
Link
Ayə 66
67

Əz-Zuxruf ‏ surəsi Ayə 67

Quran-ı Kərim

Həmin gün (dostluq amilləri güclənəcək) təqvalılardan başqa (dünya) dostlar(ı) bir-birlərinə düşmən olacaqlar. (Çünki onların dostluq amilləri həmin gün düşmənçilik amilinə çevriləcəkdir.)
Link
Ayə 67
68

Əz-Zuxruf ‏ surəsi Ayə 68

Quran-ı Kərim

(Və onlara belə xitab olunacaq:) «Ey Mənim bəndələrim! Bu gün sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız!»
Link
Ayə 68
69

Əz-Zuxruf ‏ surəsi Ayə 69

Quran-ı Kərim

(Ey) Bizim ayə və nişanələrimizə iman gətirərək həmişə (Bizə) təslim olan kəslər!
Link
Ayə 69
70

Əz-Zuxruf ‏ surəsi Ayə 70

Quran-ı Kərim

Siz və (dünyadakı) zövcələriniz tam sevinc, kamil zinət və son dərəcə hörmətlə Cənnətə daxil olun!
Link
Ayə 70
71

Əz-Zuxruf ‏ surəsi Ayə 71

Quran-ı Kərim

Və onların ətrafında (yeməklə dolu) qızıl kasalar və (pak içki ilə dolu) kuzələr dolandırılacaqdır. Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır. Siz orada əbədisiniz.
Link
Ayə 71
72

Əz-Zuxruf ‏ surəsi Ayə 72

Quran-ı Kərim

Bu sizin (dünyada) yerinə yetirdiklərinizin müqabilində (və ya yaxşı əməllərinizə görə kafirlərin də payına) varis olduğunuz Cənnətdir.
Link
Ayə 72
73

Əz-Zuxruf ‏ surəsi Ayə 73

Quran-ı Kərim

Orada sizin üçün çoxlu meyvələr var ki, onlardan yeyəcəksiniz.
Link
Ayə 73
74

Əz-Zuxruf ‏ surəsi Ayə 74

Quran-ı Kərim

Həqiqətən günahkarlar cəhənnəm əzabında əbədidirlər.
Link
Ayə 74
75

Əz-Zuxruf ‏ surəsi Ayə 75

Quran-ı Kərim

Onların (əzabı) yüngülləşdirilməyəcək və onlar orada (nicat tapacaqlarına) ümidsizdirlər.
Link
Ayə 75
76

Əz-Zuxruf ‏ surəsi Ayə 76

Quran-ı Kərim

Biz onlara zülm etmədik, lakin onlar özləri (özlərinə qarşı) zülmkar idilər.
Link
Ayə 76
77

Əz-Zuxruf ‏ surəsi Ayə 77

Quran-ı Kərim

Onlar (Cəhənnəmin məmurunu) çağırarlar (ki): «Ey (Cəhənnəmin) maliki! Rəbbin(ə de) bizi öldürsün və məhv etsin.» O deyər: «Şübhəsiz, siz (burada) qalacaqsınız.»
Link
Ayə 77
78

Əz-Zuxruf ‏ surəsi Ayə 78

Quran-ı Kərim

Biz sizə (siz insanlara dünyada) haqqı (din, kitab və ilahi maarifi) gətirdik, lakin sizin çoxunuzun haqqdan xoşu gəlmirdi.
Link
Ayə 78
79

Əz-Zuxruf ‏ surəsi Ayə 79

Quran-ı Kərim

Hətta (haqqa qarşı hiylə işlətməyi və ona qarşı çıxmağı) daha da artırdılar, Biz də (onlara qarşı hiylə və qəzəbi) artırdıq.
Link
Ayə 79
80

Əz-Zuxruf ‏ surəsi Ayə 80

Quran-ı Kərim

Yoxsa onlar Bizim onların ürəklərinin sirlərini və pıçıltılarını eşitmədiyimizi güman edirlər? Xeyir (eşidirik)! Bizim onların yanında olan elçilərimiz yazırlar.
Link
Ayə 80
81

Əz-Zuxruf ‏ surəsi Ayə 81

Quran-ı Kərim

De: «Əgər Rəhman Allahın övladı olsaydı, (onun övladlıq haqqını yerinə yetirmək və ibadətin vacibliyində atası ilə şərik olduğu üçün) mən özüm (ona) ilk ibadət edən olardım.»
Link
Ayə 81
82

Əz-Zuxruf ‏ surəsi Ayə 82

Quran-ı Kərim

Göylərin və yerin Rəbbi, ərşin Rəbbi onların vəsf etdiklərindən (övladı olmaq, mələklərin Onun qızı olması, cism olması, üç hissəyə bölünmək və bu kimi sifətlərdən) pakdır!
Link
Ayə 82
83

Əz-Zuxruf ‏ surəsi Ayə 83

Quran-ı Kərim

Buna görə də onları boşla ki, onlara vəd edilən günlərini görənə kimi (küfr və itaətsizliklərində) batsınlar və başları (öz dünyaları ilə) oyuna qarışsın.
Link
Ayə 83
84

Əz-Zuxruf ‏ surəsi Ayə 84

Quran-ı Kərim

Göylərdə də, yerdə də məbud Odur. Odur möhkəm yaradılış və idarə sahibi və (hər şeyi) bilən.
Link
Ayə 84
85

Əz-Zuxruf ‏ surəsi Ayə 85

Quran-ı Kərim

Göylərin, yerin və onların arasında olan (hər) şeyin həqiqi sahibi və hakimi olan Allah xeyir-bərəkətli və sabitdir. Qiyamətin baş vermə zamanını O bilir və Ona tərəf qaytarılacaqsınız.
Link
Ayə 85
86

Əz-Zuxruf ‏ surəsi Ayə 86

Quran-ı Kərim

Bunların Allahın yerinə çağırdıqları (bütlər, mələklər və bəzi insanlar Qiyamət günü) – (şəfaət etdiklərinin imanını və şəfaətə layiq olmasını) bilərək haqqa (Allahın birliyinə) şəhadət verən kəslər istisna olmaqla – heç bir şəfaətə (şəfaət hüququna) malik olmayacaqlar.
Link
Ayə 86
87

Əz-Zuxruf ‏ surəsi Ayə 87

Quran-ı Kərim

Əgər onlardan (elə) onları(n özlərini) kimin yaratdığını soruşsan «Allah» deyə (cavab verə)cəklər. (Çünki onlar yaradılışda deyil, rübubiyyətdə şirkə düçar olmuşlar.) Belə isə (haqdan) necə və hara döndərilirlər (və uluhiyyət və xaliqiyyəti rübubiyyətdən ayırırlar)?
Link
Ayə 87
88

Əz-Zuxruf ‏ surəsi Ayə 88

Quran-ı Kərim

(Allah Peyğəmbərin şikayətlənərək məyuscasına dediyi) «ey mənim Rəbbim! Həqiqətən bunlar iman gətirməyəcək bir dəstədirlər» sözü(nü bilir və ondan xəbərdardır).
Link
Ayə 88
89

Əz-Zuxruf ‏ surəsi Ayə 89

Quran-ı Kərim

(Ey Peyğəmbər!) Buna görə də onlardan üz döndər və de: «(Sağ-)salam(at)!» (Bu, onların dəvəti qəbul etmələrindən ümidi üzmək və buna görə də dəvəti tərk edərək döyüş üçün fürsət gözləmək mənasındadır.) Tezliklə (Mədinədə hökümət qurulduqdan sonra) biləcəklər.»
Link
Ayə 89

Süra Haqqında

Əz-Zuxruf ‏ surəsi Quran-ı Kərimdə 43. surədir və 89 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 89 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim