NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 111
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onlar (Kitab əhli) cüzi əziyyətdən savay sizə heç bir zərər vura bilməyəcəklər. Əgər sizinlə vuruşsalar, arxa çevirib qaçarlar. Həmin vaxt heç bir yardımçıları da olmaz.”
Nöqtələr
Bu ayə müsəlmanlara təsəlli və müjdə verir ki, onlar iman, vəhdət, əmr be məruf sayəsində hifz olunasıdırlar. Deyilir ki, düşmənin hədələrindən qorxmayın, qələbə sizinlədir və düşmən xar olacaq.
Bildirişlər
1. Ruhiyyələri gücləndirmək lazımdır.
2. Müsəlmanlar iman sayəsində sığortalanmışlar.
3. Müxalifləriniz sizi məhv etmək üçün çalışırlar. Amma onlar öz məqsədlərinin cüzi bir hissəsinə çata bilirlər.
4. İmanı olmayanın müqavimət ruhiyyəsi də olmur.
5. Quran kitab əhlinin müsəlmanlar qarşısında duruş gətirməyəcəyini öncədən xəbər verir.
6. Düşmənə qalib gəlib onu qaçmağa vadar etmək iman, əmr be mərufda sabitqədəmlik sayəsində mümkün olur.
7. Günah döyüş cəbhəsində zəiflik yaradan səbəbdir.
8. Düşmənin gücünü gözlərdə alçaldın.