Əsas məzmuna keç

Ali-İmran surəsi - 133-cü Ayə

Surə 3
Ayə 133

Azərbaycan dilində tərcümə

Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin.
Ali-İmran surəsi , 133-cü ayə
Ali-İmran surəsi 133-cü ayə
Tam Surə

Ali-İmran surəsi 133-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 133

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Rəbbinizin sizi bağışlamasına, göylər və yer qədər geniş olan və təqvalılar üçün hazırlanmış behiştə tələsin.”
Nöqtələr
Bir qrup İslam aliminin fikrincə, behişt və cəhənnəm hal-hazırda mövcuddur. Onlar bu məsələdə "Şüəra” surəsinin 90-cı ayəsini dəlil göstərirlər.
Günahın bağışlanması Allahın işidir. Bağışlanmağa doğru tələsmək bağışlanmaya səbəb olacaq işlərə tələsmək mənasındadır.
Ayədəki "ərz” sözü uzunluq yox, genişlik mənasındadır.
Həzrət Əli (ə) bu ayənin təfsirində buyurmuşdur: "İlahi vəzifələri yerinə yetirməyə tələsin.”("Təfsire-Məcməül-bəyan”. )
Bildirişlər
1. Xeyir işdə sürət həmin işin dəyərini artırır.
2. Əvvəlcə bağışlanmaq, sonra isə behiştə getmək!
3. Xalqın günahlarının bağışlanması ilahi rübubiyyət şənidir.
4. Tövbəyə tələsmək lazımdır.
5. Behiştə doğru sürətin şərti müttəqilər zümrəsində olmaqdır.