NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 15
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"De ki, sizə bundan yaxşısı haqqında xəbər verimmi? Təqvalı kəslər üçün Allahın yanında altından çaylar axan bağlar vardır. Həmişə oradadırlar və pak zövcələri (olacaq). Allahın razılığı (onların halına şamildir). Allah bəndələrinin halını görəndir.”
Nöqtələr
Əvvəlki ayənin son cümləsində oxuduq ki, yaxşı aqibət Allahın yanındadır. Ayə yaxşı əməl sahiblərinin behiştindən bir lövhə təsvir edir.
Bildirişlər
1. Xalqı haqqa dəvət edərkən onları dünya və axirətin müqayisəsinə çağıraq.
2. Behişt sabitliyi və Allahın razılığı hara, dünyanın müvəqqəti və davamsız ləzzətləri hara?!
3. Təqvalı insanlar dünyanın bər-bəzəyinə vurulmurlar. Əvvəlki ayədəki "nas” sözünün yerinə bu ayədə "müttəqilər” sözü işlənmişdir.
4. Axirət nemətlərinə çatmaq ölçüsü təqvadır.
5. Təşviq təbii və fitri istəklərlə uyğun olmalıdır.
6. Paklıq, pakizəlik ən böyük dəyərdir.
7. Müttəqilər üçün nəzərdə tutulmuş ləzzətlər yalnız maddi ləzzətlər deyil. İlahi razılıq ən üstün mənəvi ləzzətdir.
8. Çox da təqva iddiasında olmayaq. Allah görən və biləndir.