Əsas məzmuna keç

Ali-İmran surəsi - 166-cı Ayə

Surə 3
Ayə 166

Azərbaycan dilində tərcümə

İki dəstənin bir-biri ilə qarşılaşdığı gün düçar olduğunuz şey (Ühüd müharibəsindəki böyük məğlubiyyət və yetmiş nəfərin öldürülməsi) Allahın izni və icazəsi ilə idi (ki, sizi imtahan) və möminləri məlum etsin (və əzəli elmi mövcud gerçəkliklə üst-üstə düşsün).
Ali-İmran surəsi , 166-cı ayə
Ali-İmran surəsi 166-cı ayə
Tam Surə

Ali-İmran surəsi 166-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 166

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"İki dəstənin qarşılaşdığı gün başınıza gələn hadisə Allahın izni ilə oldu ki, möminlər müəyyənləşdirilsin.”
Nöqtələr
Allah hər bir işin gerçəkləşməsi üçün səbəblər müəyyənləşdirmişdir. Hər bir məğlubiyyət və qələbənin dəlilləri var. Siz ona görə Ühüddə məğlub oldunuz ki, süstlük göstərdiniz, intizamı pozdunuz və qənimət toplamaq üçün hərislik göstərdiniz. Əvvəlki ayədə bildirilirdi ki, bunun səbəbkarı müsəlmanlar özləridir. Bu ayədə isə belə buyurulur: "Birlik və ya təfriqədə, ciddilik və ya süstlükdə hər bir seçiminiz ilahi iradə əsasındadır. Sizə seçim gücü verən Odur. Hansı yolu seçirsinizsə, ona uyğun nəticəyə çatırsınız.
Bildirişlər
1. Hər bir qələbə və uğursuzluq Allahın iradəsi əsasında gerçəkləşir və bu, Onun sünnəsidir.
2. Acı və şirin hadisələr sınaq və insanın tanınması meydanıdır.