Əsas məzmuna keç

Ali-İmran surəsi - 19-cu Ayə

Surə 3
Ayə 19

Azərbaycan dilində tərcümə

Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır. (Yəhudi və xaçpərəstlər kimi) (səma) kitab(ı) verilmiş kəslər yalnız, onlara (işin həqiqəti barəsində) elm gəldikdən sonra, (özü də) həsəd və təkəbbür ucbatından (öz dinlərində) ixtilafa düşdülər. Kim Allahın ayələrinə kafir olsa, (bilsin ki,) Allah tez hesab çəkəndir.
Ali-İmran surəsi , 19-cu ayə
Ali-İmran surəsi 19-cu ayə
Tam Surə

Ali-İmran surəsi 19-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 19

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, Allah yanında (qəbul olunası) din İslamdır. Kitab əhli ixtilaf etmirdi. Bu onlara elm hasil olduqdan sonra baş verdi. (Bu ixtilaf) onların arasındakı həsəd və düşmənçilikdən doğdu. Kim Allahın ayələrinə küfr etsə, (bilsin ki,) həqiqətən, Allah tez hesab çəkəndir.”
Bildirişlər
1. Allahın birliyinə, ədalətinə, izzətinə və hikmətinə iman insanın Onun hüzurunda təslim olması zəminəsidir.
2. Allah qarşısında təslimçiliyin şərti İslamın son ilahi din kimi qəbul olunmasıdır.
3. Həqiqət dairəsindən çıxmaq ixtilafların yaranmasına səbəb olur.
4. Bir çox məzhəbi ixtilafların qaynağı cəhalət və nadanlıq yox, həsəd və zülmdür.
5. Həsəd küfr zəminəsidir.
6. Kitab və elm təklikdə qurtuluşu təmin etmir.
7. Bilərəkdən ixtilaf törədənlər tezliklə öz paylarını alasıdır.