Əsas məzmuna keç

Ali-İmran surəsi - 33-cü Ayə

Surə 3
Ayə 33

Azərbaycan dilində tərcümə

Həqiqətən Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini (öz zamanlarındakı) bütün aləmdəkilərdən üstün etdi.
Ali-İmran surəsi , 33-cü ayə
Ali-İmran surəsi 33-cü ayə
Tam Surə

Ali-İmran surəsi 33-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 33

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Doğrudan da, Allah Adəmi, Nuhu, İbrahim ailəsini, İmran ailəsini dünya əhli üçün seçdi.”
Nöqtələr
Əvvəlki ayədə peyğəmbərə itaət göstərişi verildi. Bu ayədə əvvəlki göstərişin dəlili olaraq bildirilir ki, Allahın seçimi insanların kamal baxımından bir-birindən üstün olmasına əsaslanır.
Peyğəmbərlərin seçilməsi vəhy, elm, iman və ismət yolu ilə gerçəkləşir.("Kafi”, c. 8, s. 117. )
İmam Baqir (ə) hazırkı ayə haqqında buyurmuşdur: "Biz həmin seçilmişlərdən və həmin ailədən qalanlarıq.”("Təfsire-Əyyaşi”, c. 1, s. 168. )
Bildirişlər
1. Bütün insanlar eyni səviyyədə olmur. Allah bəzi insanları ağır risalət yükü ilə vəzifələndirmək üçün üstün edir.
2. Bəşər nəslinin ilk övladı Allahın peyğəmbəri olmuşdur ki, insanlar heç vaxt hidayətsiz qalmasınlar.
3. Bəşər tarixi boyu peyğəmbərlik cərəyanı davam etmişdir.
4. Bəzi peyğəmbərlərin risaləti bütün dünyanı əhatə etmişdir.