Əsas məzmuna keç

Ali-İmran surəsi - 46-cı Ayə

Surə 3
Ayə 46

Azərbaycan dilində tərcümə

«İnsanlarla beşikdə (möcüzə ilə) və yaşa dolduqda (vəhy əsasında) danışacaq və (o) salehlərdəndir.»
Ali-İmran surəsi , 46-cı ayə
Ali-İmran surəsi 46-cı ayə
Tam Surə

Ali-İmran surəsi 46-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 46

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Sənə müjdə verilən körpə) beşikdə və orta yaşlarında (vəhy vasitəsi ilə) xalqla danışar. O salehlərdəndir.”
Nöqtələr
Bu körpənin beşikdə danışması həm gələcək haqqında verilən xəbər, həm də həzrət İsanın möcüzəsidir. Böyüdüyü vaxt danışması digər bir qeybi xəbərdir. Qabaqcadan bildirilir ki, o yaşlaşanadək sağ qalacaq. Onun ləyaqət və möhtərəmliyi haqqında verilən xəbərlər də öncədən verilən bir xəbər və müjdədir.
Bildirişlər
1. Məryəmə zövcəsi olmadan övlad verə bilən kəs həmin övladın beşikdə də dilini aça bilər.
2. Allah paklığı çirkin böhtanlardan qorumaq istədiyi vaxt körpənin də dilini açar.
3. İlahi bildirişi bir insan uşaq yaşında da başqalarına çatdıra bilər. (İmam Cavad (ə), imam Hadi (ə), imam Məhdi (ə) uşaq yaşlarında imamət məqamına çatmışlar.)
4. Allah istəyəndə körpə də böyük kimi danışır.
5. Məryəm kimi saleh bir qadından İsa kimi övlad dünyaya gəlir.