Əsas məzmuna keç

Ali-İmran surəsi - 70-cu Ayə

Surə 3
Ayə 70

Azərbaycan dilində tərcümə

Ey kitab əhli, nə üçün Allahın (Tövrat və İncildə Muhəmməd-səlləllahu əleyhi və alihi və səlləm-barəsində olan) ayələrinə kafir olursunuz, halbuki, özünüz şahidsiniz (bilirsiniz ki, həmin ayələr Allah tərəfindəndir)?!
Ali-İmran surəsi , 70-cu ayə
Ali-İmran surəsi 70-cu ayə
Tam Surə

Ali-İmran surəsi 70-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 70

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey kitab əhli, nə üçün Allahın ayələrinə (onun rəsulunun nübuvvət nişanələrinə) küfr edirsiniz? Halbuki özünüz (Onun düzlüyünə) şahidsiniz!”
Nöqtələr
Zahirən bu ayədə Tövratda və İncildə kitab əhlinə həzrət Məhəmməd (s) haqqında verilmiş müjdə nəzərdə tutulur. Onlar öz ictimai mövqeləri və maddi mənafelərinin hifzi üçün bütün bu ilahi nişanələri görməməzliyə vurdular.
Bildirişlər
1. İnsanın öz vicdanına müraciəti ən yaxşı dəvət yoludur.
2. Bilmək kifayət deyil, qəbul etmək lazımdır.