Əsas məzmuna keç

Ali-İmran surəsi - 81-ci Ayə

Surə 3
Ayə 81

Azərbaycan dilində tərcümə

(yada salın) o zaman(ı) ki, Allah peyğəmbərlərin (hər birindən və onların ümmətlərindən) əhd-peyman aldı ki, sizə kitab və hikmət verdiyim zaman, sonradan (gələcəkdə) sizə sizinlə olanı təsdiqləyən bir peyğəmbər gəlsə, ona mütləq iman gətirin və kömək edin. (Allah sonra) buyurdu: «Təsdiq etdinizmi və bu (məsələ) barədə Mənim təkid olunmuş əhd-peymanımı qəbul etdinizmi?» Dedilər: «Təsdiq etdik.» Buyurdu: «Belə isə, (bu əhd-peyman mübadiləsinə) şahid olun və Mən də sizinlə birgə şahidlərdənəm.»
Ali-İmran surəsi , 81-ci ayə
Ali-İmran surəsi 81-ci ayə
Tam Surə

Ali-İmran surəsi 81-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 81

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"(Xatırla,) o zaman ki, Allah (əvvəlki) peyğəmbərlərdən "əgər sizə Kitab və hikmət versəm, sonra sizə doğru sizdə olanı təsdiq edən peyğəmbər göndərsəm, ona iman gətirməlisiniz və yardım etməlisiniz” deyə əhd aldı. (Sonra Allah) buyurdu: "Bu peymanı təsdiq edib, mənim ağır əhd yükümü götürürsünüzmü?” (Peyğəmbərlər) dedilər: "Təsdiq edirik.” (Allah buyurdu: "Özünüz şahid olun və Mən də sizinlə birgə şahidlərdənəm.”