NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 111
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Dedilər: Yəhudi və məsihi olmayınca heç kim behiştə daxil olmaz. Bu, onların arzusudur. De ki, əgər doğru deyirlərsə, öz dəlillərini gətirsinlər.”
Bildirişlər
1. Dini qürur səbəbindən özlərini üstün irq və behişti özlərinə aid bildilər.
2. İmtiyaz istəyi və özünü üstün bilmək xam və puç arzulardandır.
3. İstənilən bir dəlilsiz iddia qəbuledilməzdir.
4. Hər bir inanc dəlilə əsaslanmalıdır. Quran bütün mövzuları dəlil əsasında bəyan etmişdir. Müxaliflərdən də eyni üsulla hərəkət etmək tələb olunur.