NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 113
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Yəhudilər dedilər: "Məsihilər haqq deyil." Məsihilər isə belə dedilər: "Yəhudilər haqlı deyil." Hansı ki, onlar səmavi kitab oxuyurlar. Eləcə də digər nadanlar onlar kimi danışdılar. Allah qiyamət günü onların arasında ixtilafda olduqları şey haqqında mühakimə yürüdəcək.”
Nöqtələr
Hər bir dəstənin o biri dəstəni inkar etməsi kitab əhlinin təəssübkeşliyi ilə bağlı ayənin açıqladığı başqa bir sifətdir. Yəhudilər məsihiləri, məsihilər isə yəhudiləri Allah hüzurunda dəyərsiz və batil kimi tanıtdırırdı. Bu sayaq rəftarlar onların təəssübkeşlik ruhiyyəsindən qaynaqlanırdı. Əgər onlar öz səmavi kitablarına diqqətli olsaydılar, bu sayaq rəftarlardan əl çəkərdilər. Sonra buyurulur ki, müşriklər və bütpərəstlərin səmavi kitabı olmasa da, onlar da eyni cür rəftar edirlər. Yəni batil əqidə sahibləri bir-birlərini heç vəchlə qəbul etmirlər. Amma bütün bu ixtilaflar qiyamət günü Allahın mühakiməsi ilə sona çatasıdır. Onlar bir gün haqqı müşahidə edərlər.
Bildirişlər
1. Yersiz təəssüb və dəlilsiz inhisarçılıq qadağandır. Başqalarının təhqiri və nəzərə alınmaması istibdad və eqoizm nişanəsidir. (Hər kəs özündə olanlara görə lovğalanır və lovğalıqlar bir çox fitnələrin köküdür. "Möminun” surəsinin 53-cü ayəsində də bu məsələyə işarə olunmuşdur.)
2. İnsanda təəssüb və eqoistlik olduqda elm də hidayət edə bilmir. Kitab əhli öz kitabını oxuya bilirdi. Amma inhisarçılıq ruhiyyəsi onların oxuduqlarını təsirdən salırdı.
3. Təəssübə aludə olan cəmiyyətdə alim və cahil oxşar şəkildə düşünür. Cahil müşriklər Tövrat və İncil oxuyanların dediklərini deyirdilər.