Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 13-cü Ayə

Surə 2
Ayə 13

Azərbaycan dilində tərcümə

Onlara «siz də camaat kimi iman gətirin» deyildikdə (öz qəlblərində) deyərlər: «Biz də səfehlər kimi iman gətirək?!» Bilsinlər ki, onların özləri səfehdirlər, lakin (bunu) bilmirlər.
Əl-Bəqərə surəsi , 13-cü ayə
Əl-Bəqərə surəsi 13-cü ayə
Tam Surə

Əl-Bəqərə surəsi 13-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ : Bəqərə surəsi 13-cü ci ayə

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
13. وَإِذَا قِيلَ لَهُمْ آمِنُواْ كَمَا آمَنَ النَّاسُ قَالُواْ أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاء أَلا إِنَّهُمْ هُمُ السُّفَهَاء وَلَـكِن لاَّ يَعْلَمُونَ
"Onlara deyiləndə ki, başqaları iman gətirdikləri kimi siz də iman gətirin, "biz də səfehlər kimi iman gətirəkmi?” deyə cavab verirlər. Bilin ki, onların özləri səfehdir, amma bunu bilmirlər.”
Bildirişlər
1. Allah övliyalarının təbliğ və dəvəti münafiqlərə təsirsizdir.
2. Münafiqlərdə imtiyaz və üstünlük istəyi var.
3. Möminləri təhqir etmək münafiqlərin üsullarındandır. Onlar elə düşünürlər ki, iman gətirib Allaha təslim olmaq ağılsızlıq nişanəsidir.
4. Müsəlmanlar ayıq olmalı və onların yalanlarına aldanmamalıdırlar.
5. Quran dilində haqqa təslim olmamaq səfehlikdir.
6. Münafiqin təkəbbürlü qüruru sındırılmalı və ona eyni şəkildə cavab verilməlidir.
7. Münafiqin yalan çöhrəsinin ifşası İslam cəmiyyəti üçün zəruridir.
8. Dərdlərin ən pisi həmin dərddən xəbərsizlikdir.