NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 151
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Eləcə (sizin hidayətiniz üçün) öz aranızdan bir peyğəmbər göndərdik ki, ayələrimizi sizə oxusun, sizi pak etsin, kitab və hikmət təlim etsin və bilmədiklərinizi sizə öyrətsin.”
Nöqtələr
"Tilavət” sözü "ardıcıl" mənasını verən kökdəndir. Ardıcıl, nizamlı, düzgün və münasib oxunuş "tilavət" adlanır. Bu növ oxunuşda bir növ müqəddəslik var. "Təzkiyə” inkişaf, paklama mənasındadır. Kitab təlimi ayələri və səmavi hökmləri öyrənməkdir. Hikmət təlimi isə düzgün təfəkkür və baxış öyrədilməsidir.
İslam peyğəmbərinin besəti həzrət İbrahimin duasının qəbul olma nəticəsidir. O, Allahdan istədi: Pərvərdigara! Onların arasında bir peyğəmbər məbus et ki, Sənin ayələrini onlara oxusun!”("Taha”, 14. ) İslam peyğəmbəri buyurmuşdur: "Mən atam İbrahimin duasının qəbuluyam.”
Bildirişlər
1. Xalqın özündən olan, onların arasında fəaliyyət göstərən və onların dilində danışan rəhbər müvəffəqdir.
2. Təzkiyə (paklama) təlimdən irəlidir.
3. Dini təlim əsasdır. Digər təlimlər ondan sonra gəlir.
4. İnsan bir çox həqiqətlərlə tanış olmaq üçün vəhyə ehtiyaclıdır. Ayədəki təbirlərdən məlum olur ki, əgər peyğəmbərlər olmasaydı, insan gələcəklə bağlı bir çox məsələlərdən xəbərsiz qalardı.