Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 154-cü Ayə

Surə 2
Ayə 154

Azərbaycan dilində tərcümə

Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz.
Əl-Bəqərə surəsi , 154-cü ayə
Əl-Bəqərə surəsi 154-cü ayə
Tam Surə

Əl-Bəqərə surəsi 154-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 154

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə onlar diridirlər, amma siz anlamırsınız.”
Nöqtələr
Bədr döyüşündə müsəlmanlardan on dörd nəfəri şəhadətə çatdı. Onlardan altısı mühacirlərdən, səkkizi ənsardan idi. Adamların bəzisi "filankəs öldü” deyirdi. Bu ayə nazil oldu və onlara bu cür danışmağı qadağan etdi.("Cinn”, 16. ) Şəhidlərin nəinki adları və əməlləri diridir, onlar hətta bərzəxdə gerçək bir həyat yaşayırlar. Elə bir həyat ki, həmin həyatda ruzi, şadlıq və müjdə var. Allahın mərhəməti civarındakı bu həyatda qəm-qüssə və qorxu yoxdur. Bu həyatın xüsusiyyətləri haqqında "Ali-İmran” surəsində danışılacaqdır, inşallah!
Düşmənlə döyüş meydanındakı ölüm, onun terror vasitəsi ilə ölümü, istənilən bir məkan və zamanda can, namus və malın müdafiəsi zamanı möminlərin ölümü Allah yolunda şəhadətdir.
Bildirişlər
1.Məhdud dünya baxışlarını Allaha iman və Onun buyuruqları vasitəsi ilə kamilləşdirib islah etməliyik.
2. Çətin vəzifə etiqadi köməyə və zərərlərin aradan qaldırılmasına ehtiyaclıdır. Bəli, diriliyini bilən insan şəhadətə üz tutur.
3. Şəhadət yalnız Allah yolunda olduqda dəyərlidir.
4. Din yolunda savaş Allah hüzurunda ən üstün dəyərlərdəndir.
5. Ölümdən sonra ruh diridir. Cisim çürüyüb getsə də, ruh yerindədir.
6. Bir çox təhlillərin səbəbi həqiqətdən xəbərsizlikdir.