Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 166-cı Ayə

Surə 2
Ayə 166

Azərbaycan dilində tərcümə

O zaman (küfr və zülm) başçılar(ı) öz ardıcıllarından uzaqlaşacaq, əzabı (gözləri ilə) görəcək və bütün əlaqə və bağlılıqları qırılacaqdır.
Əl-Bəqərə surəsi , 166-cı ayə
Əl-Bəqərə surəsi 166-cı ayə
Tam Surə

Əl-Bəqərə surəsi 166-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 166

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əzab müşahidə edildiyi və aradakı bağlar qırıldığı vaxt (küfr) başçıları öz ardıcıllarından zara gələrlər.”
Nöqtələr
Diqqətli olaq ki, rəhbərimiz kimdir, qəlbimizdə kimin eşqinə yer vermişik? Bilək ki, zalım hakimlər və Allahdan qeyriləri bizi öz mənafeləri üçün istəyirlər. Onlar bizim imkanlarımız hesabına öz dünya istəklərinə çatmaq arzusundadırlar. Qiyamətdə isə hamını boşlayıb, ardıcıllarından zara gəlirlər.
Bildirişlər
1. Əql və fitrətdən qaynaqlanmayan eşq və bağlılıq gec-tez soyuyası və ya düşmənliyə çevriləsidir.
2. Məhəbbət itaət zəminəsidir.
3. Gələcəyi düşünmək ağılın tələbidir. Qüdrət sahibi olan və təhlükəli bir gündə bizi himayə edə bilən kəsə məhəbbətli olaq.
4. Bağlılıq və məhəbbətlərin əsassızlıq ölçüsü təhlükəli günlərdə əzab görməkdir.