Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 167-ci Ayə

Surə 2
Ayə 167

Azərbaycan dilində tərcümə

(Küfr və zülm başçılarına) tabe olanlar deyərlər: «Kaş bizim üçün (dünyaya) bir qayıtmaq (imkanı) olaydı və onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşaydıq». Allah onların (dünya) əməllərini bu cür həsrət amilləri kimi onlara göstərər. Onlar Cəhənnəm odundan əsla çıxan deyildirlər.
Əl-Bəqərə surəsi , 167-ci ayə
Əl-Bəqərə surəsi 167-ci ayə
Tam Surə

Əl-Bəqərə surəsi 167-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 167

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Həmin vaxt) ardıcıllar deyərlər: "Kaş ki, növbəti dəfə də olaydı (dünyaya qayıdaydıq) ki, bu başçılardan kənarlaşaydıq. Necə ki, onlar (bu gün) bizdən uzaqlaşırlar.” Beləcə, Allah onların həsrət mayası olan əməllərini özlərinə göstərir. Heç vaxt cəhənnəm atəşindən çıxası deyillər.”
Nöqtələr
Rəvayətlərin buyurduğuna görə, qiyamətdə çoxsaylı səhnələr və dayanacaqlar var. Onlardan bəzilərində dodaqlara sükut möhürü vurular. Onlar yalnız həsrətli baxışlarla bir-birini süzər və ağlayarlar. Bəzi hallarda bir-birlərindən yardım diləyər, bəzi səhnələrdə fəryad çəkib bir-birlərinə nifrin yağdırarlar. Ayədə oxuyuruq ki, küfr ardıcılları da öz rəhbərlərinə bağlılıq və eşqə görə çox peşman olarlar. Amma artıq iş işdən keçmiş olar və qəlbdə həsrətdən başqa bir şey olmaz. Onlar dillərində deyərlər: Əgər növbəti dəfə qayıtsaq, heç vaxt onlara üz tutmarıq. Bu qədər vəfasız olan və bu gün bizdən uzaqlaşan kəslərdən - dünyaya qayıtsaq - uzaq gəzərik. Onlar həsrət çəkirlər. Amma həsrətlə iş aşmır.
Bir çox ayələrdə "xülud” sözü əzab haqqında işlədilmişdir. Bəziləri isə bu sözün "uzun müddət” mənasını daşıdığını bildirirlər. Amma bu ayədəki "və mahum bixaricinə minənnar” cümləsindən aydın olur ki, "xülud” uzun müddət yox, əbədiyyət mənasındadır.
Rəvayətlərdə günahkarların qiyamət həsrəti haqqında nümunələr nəzərə çarpır. Məsələn, bəziləri öz varisləri üçün xeyli var-dövlət qoyub, həyatları gedişində xeyir iş görmürlər. Qiyamət günü məlum olur ki, həmin var-dövlətdən yaxşı işə xərcləyən varis savabı da özü əldə etmişdir. Varis pis iş gördükdə isə irs qoyan bu günaha şərik olur.("Maidə”, 90.) Həsrətin digər bir nümunəsi Əli ibn Əbu-Talibin (ə) rəhbərlik və vilayətini qəbul etməmiş ibadət edənlərin həsrətidir("Bəqərə”, 60.)
İnsanın azadlığı var. Əgər belə olmasaydı peşmanlığa, həsrətə, yeni qərar qəbul edilməsinə imkan olmazdı. Peşmanlıq və həsrət onu göstərir ki, başqa cür də hərəkət edə bilərdik. Yeni bir qərar onu göstərir ki, insan öz iradə və ixtiyarı ilə düzgün saydığı yolu seçə bilər.
Bildirişlər
1. Zalım hakimləri (tağutları) boşlayaq. Nə qədər ki, onlar bizi qiyamətdə atmayıblar, gəlin biz onları dünyada ataq.
2. Qiyamətdə insanın haqqı görən gözü açılır və o öz işlərinin həsrətini çəkir.
3. Geri qayıtmaq arzu edilsə də, geriyə yol yoxdur.