Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 209-cu Ayə

Surə 2
Ayə 209

Azərbaycan dilində tərcümə

Buna görə də əgər sizə (tovhid və nübuvvətin) aydın dəlillər(i) gəldikdən sonra səhv etsəniz (və şirk və küfrü seçsəniz), bilin ki, Allah qüdrətli və hikmətlidir (və sizə Öz hikməti əsasında əzab verəcəkdir).
Əl-Bəqərə surəsi , 209-cu ayə
Əl-Bəqərə surəsi 209-cu ayə
Tam Surə

Əl-Bəqərə surəsi 209-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 209

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər sizə aşkar dəlillər gəldikdən sonra büdrəməyə düçar olsanız, bilin ki, Allah əziz və həkimdir. (O Öz hikməti əsasında əməl edir və heç bir qüdrət Onun iradəsinin qarşısını ala bilmir.)”
Bildirişlər
1. Allah höccəti tamamlayır, bəhanəyə yer qoymur.
2. Bilərəkdən xilaf iş görənlər əzab intizarında olsunlar.
3. Sizin təslim olmamağınızın Allahın izzətinə heç bir təsiri yoxdur.
Küfrə düçar olsa kainat tamam, Bir zərrə toz düşməz zatına, inan.
4. Allahın cəzası hikmət əsasındadır.