Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 210-cu Ayə

Surə 2
Ayə 210

Azərbaycan dilində tərcümə

Məgər (sənin dəvətini inkar edənlər hərtərəfli dəlillər göstərilib tamamlandıqdan sonra) Allahın (əmrinin) ağ buluddan olan kölgəliklər içərisində onlara gəlməsini, (əzab) mələklərin(in) gəlib yetişmələrini və işin (onların həlak olmalarının) bitməsini istəyirlər?! Bütün işlər Allaha qaytarılacaqdır.
Əl-Bəqərə surəsi , 210-cu ayə
Əl-Bəqərə surəsi 210-cu ayə
Tam Surə

Əl-Bəqərə surəsi 210-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 210

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Yoxsa bunu gözləyirlər ki, Allah və mələklər buludların kölgəsində onlara doğru gəlsin və iş bitsin? Halbuki aşkar ayələrdən sonra heç nəyə ehtiyac yoxdur.) Bütün işlər Allaha doğru dönəsidir.”
Nöqtələr
Peyğəmbərlərin dəvəti dəlil və möcüzə yolu ilə gerçəkləşir. Amma bəzən bəhanəcil xalq başqa şeylər gözləyir. Allah hər işə qadirdir. Bununla belə buyurur: Gözlədiyiniz baş verdikdən sonra da inadkarlıq etsəniz, Allahın qəhri sizi bürüyəcək, üzr və tövbə üçün möhlət olmayacaq... Deyilənlərin nümunəsi olaraq həzrət İsadan istənilmiş səmavi süfrəni (maidəni), həzrət Salehdən tələb olunan dəvəni göstərə bilərik. Əslində istədiyi möcüzə baş verən xalq dərhal itaət etməlidir. Əks təqdirdə onu Allahın qəzəbi bürüyəsidir. Əlbəttə, insanların möcüzə istəyi o vaxt gerçəkləşir ki, onların istəyi qeyri-mümkün olmasın. Məsələn, bir şəxs Allahı görmək istəsə, bu iş mahal olduğundan gerçəkləşəsi deyil. Belələrinə dərhal rədd cavabı verilir.
Allahın yaranış və tərbiyə nizamı sizin istəyinizə əsaslanmır. Bəlkə də siz Allahın və mələklərin buludlar üzərində sizə gəlməsini istəyəsiniz. Kimi də arzu edə bilər ki, mələklər onunla danışsın. Amma bütün bu işlər mümkün deyildir.
Bildirişlər
1. Peyğəmbərin risalətinin aşkar dəlilləri olduğu halda yersiz tələblər etmək qadağandır.
2. Allahı və mələkləri görmək tələbi haqdan qaçmaq üçün bir bəhanədir.
3. Hər şeyin qayıdışı Allaha doğrudur. Onun əsərlərini gördüyünüz halda nə üçün Onun Özünü görmək istəyirsiniz?