Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 227-ci Ayə

Surə 2
Ayə 227

Azərbaycan dilində tərcümə

Əgər talaq vermək qərarına gəlsələr (eybi yoxdur, and pozulur və kəffarə boyundan düşür), həqiqətən Allah eşidən və biləndir.
Əl-Bəqərə surəsi , 227-ci ayə
Əl-Bəqərə surəsi 227-ci ayə
Tam Surə

Əl-Bəqərə surəsi 227-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 227

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər boşanma qərarına gəlsələr (düzgün yolla eybi yoxdur), həqiqətən, Allah eşidən və biləndir.”
Nöqtələr
Bu ayədə boşanma qanuni sayılsa da, onun məfhumunda xəbərdarlıq və hədə var. Boşanma qərarına gələn bilməlidir ki, artıq bağışlanma və mərhəmət vədi yoxdur. Allah onların işlərini eşidən və biləndir. O bilir ki, boşanmanı zəruri edən ailədəki gerçək durumdur, yoxsa kişinin boşanma qanunundan sui-istifadə etmək məqsədi?
Bildirişlər
1. İslam boşanmanı - bütün pisliklərinə baxmayaraq - təsdiqləyir. Amma qadının vəzifəsinin qeyri-müəyyən şəkildə qalmasına yol vermir.
2. Boşanma qərarı kişinindir.
3. Boşanmada ciddi məqsəd olmalıdır.
4. Azğın nəfs istəklərindən və qadını sıxıntıya salacaq qərarlardan çəkinin.