Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 252-ci Ayə

Surə 2
Ayə 252

Azərbaycan dilində tərcümə

Bunlar Allahın ayələridir (tovhid və qüdrət nişanələridir) ki, haqq olaraq sənə oxuyuruq. Həqiqətən sən göndərilənlərdənsən.
Əl-Bəqərə surəsi , 252-ci ayə
Əl-Bəqərə surəsi 252-ci ayə
Tam Surə

Əl-Bəqərə surəsi 252-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 252

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Haqq olaraq sənə oxuduqlarımız ilahi ayələrdir. Doğurdan da, sən (İlahi tərəfindən) göndərilmişlərdənsən.”
Nöqtələr
Bu ayə ilə Quranın ikinci cüzü başa çatır. Sonda buyurulur ki, ötən ayələrdə xatırlanan hadisələr ibrət üçündür.
Minlərlə insanın bir anda ölümü və peyğəmbərin duası ilə onların yenidən dirilməsi, ad-sansız, amma ləyaqətli və bilikli gənc çobana rəhbərlik məqamının əta olunması, azsaylı dəstənin çoxsaylı düşmən dəstəsinə qalib gəlməsi, bir gəncin şücaəti və ona peyğəmbərlik məqamının verilməsi və bütün başqa nöqtələr ilahi ayələrin cilvəsi, İslam peyğəmbərinin (s) buyuruqlarının və risalətinin haqq olması nişanəsidir.