Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 254-cü Ayə

Surə 2
Ayə 254

Azərbaycan dilində tərcümə

Ey iman gətirənlər, nə alış-verişin və nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən qabaq sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin. Kafirlərdir zalımlar!
Əl-Bəqərə surəsi , 254-cü ayə
Əl-Bəqərə surəsi 254-cü ayə
Tam Surə

Əl-Bəqərə surəsi 254-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 254

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey iman gətirənlər! Alış-verişin, dostluq və şəfaətin olmayacağı gün çatmamış sizə verdiklərimizdən infaq edin. (Bilin ki,) kafirlər həmin zalımlardır. (Həm özlərinə, həm də başqalarına zülm edirlər.)”
Nöqtələr
Bu ayədə Allah xalqı infaqa təşviq etmək üçün vasitələrə əl atır: Sənin olanlar sənin deyil, onları Biz sənə vermişik. ; Onların bir hissəsini infaq et, hamısını yox; Bu infaq qiyamət günü sənin üçün istənilən dostluqdan üstündür.
Bildirişlər
1. Göstəriş verməzdən qabaq xalqa ehtiramla müraciət edin.
2. Xeyir işlərdə fürsətdən istifadə dəyərdir.
3. Bu gündən məhrum olmaq, sabahdan məhrum olmaqdır. Əgər bu gün infaq və bəxşiş həyata keçməsə, həmin gün də arada məhəbbət və dostluq olmayacaq.
4. Məadın zikri infaqa təşviq amilidir.
5. Səxavət ruhiyyəsi yaratmaq yollarından biri qiyamətdə insanların əliboş olacağını xatırlamaqdır.
6. Xəsislik naşükürlük və ilahi vədə qarşı küfr nişanəsidir.
7. Küfr zülmün bariz nümunəsidir.