Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 269-cu Ayə

Surə 2
Ayə 269

Azərbaycan dilində tərcümə

Hikməti (şəriət hökmlərini və əqli və əməli maarifi) istədiyi (və vücudunda tələbat olan və haqqın hikməti ilə uyğun gələn) şəxsə verir. Kimə hikmət verilsə, (ona) doğrudan da çoxlu xeyir verilmişdir. Əsl ağıl sahiblərindən başqa heç kəs öyüd almaz.
Əl-Bəqərə surəsi , 269-cu ayə
Əl-Bəqərə surəsi 269-cu ayə
Tam Surə

Əl-Bəqərə surəsi 269-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 269

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Allah hikmət və bəsirəti istədiyi kəsə verər. Kimə hikmət verilmişdirsə, həqiqətən, ona çoxlu xeyir verilmişdir. Düşüncə sahiblərindən savay kimsə (bu nöqtəni) dərk etməz.”
Nöqtələr
"Əlbab” sözü beyin mənasını verən "lubb” sözünün cəm formasıdır. Heç də bütün insanlar "ulul-əlbab” - düşüncə sahibi sayılmır. Yalnız ağlını işə salanlar, həqiqi səadət yolunu tapanlar düşüncə sahibi adlanır.
Hikmət dedikdə mərifət, sirlərin tanınması, həqiqətlərdən xəbərdarlıq, həqiqətə çatmaq nəzərdə tutulmuşdur. Allah bəzi insanlara onların paklığı, təqvası və təlaşına görə hikmət əta edər. Onlar bu hikmət vasitəsi ilə şeytani vəsvəsələri ilahi ilhamlardan seçər, quyunu yoldan, şüarı şüurdan fərqləndirərlər. Bu, böyük bir xeyirdir.
Rəvayətdə oxuyuruq: Hikmət mərifət və dində "təfəqqöh”, dərrakədir. Hikmət Allaha itaət, imamları tanımaq və kəbirə günahlardan çəkinməkdir.(Bax: "Muddəssir”, 48. )
Bildirişlər
1. Var-dövlət xeyir olsa da, daha böyük və çox xeyir bəsirət və fərqləndirmə gücüdür. Bu xeyirdən infaq edənlər böyük xeyirə çatar.
2. Şeytan fəqirlik, Allah isə bağışlanma və fəzl vəd edir. Amma bu iki yoldan hər birini tanımaq və seçmək üçün hikmət lazımdır.
3. Dünya bütün var-dövləti ilə cüzidir.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 289. ) Hikmət isə böyük xeyirdir. Əgər hikmətə və bəsirətə çatmaq üçün bütün maddi imkanlar fəda olunsa, buna dəyər.
4. Hikmət ən böyük hədiyyə və bütün xeyirlərin anasıdır. Hikmətə çatan bir çox şeylərə çatacaq.
5. Dünyapərəstlər var-dövlətə, maddi hesablara arxalanırlar. Onlar xeyir-zərəri maddi baxımdan ölçürlər. Amma aqil uzaq görənlər və düşüncəli yol tanıyanların hesabı başqa baxımdandır.