Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 270-cu Ayə

Surə 2
Ayə 270

Azərbaycan dilində tərcümə

Şübhəsiz ki, Allah (haqq yolunda) xərclədiyiniz hər bir malı və (Allah yolunda) öhdənizə götürdüyünüz hər bir əhdi bilir (və onu mükafatlandırır). (Ona xilaf çıxmaq zülmdür) və zalımlara əsla bir kömək edən olmaz.
Əl-Bəqərə surəsi , 270-cu ayə
Əl-Bəqərə surəsi 270-cu ayə
Tam Surə

Əl-Bəqərə surəsi 270-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 270

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"İnfaq etdiyiniz hər bir malı və ya nəzir etdiyiniz hər bir şeyi Allah hökmən bilir. Zalımlar üçün heç bir yardımçı yoxdur.”
Bildirişlər
1. Bir halda ki, Allah bizim infaqımızdan xəbərdardır, onda ən yaxşı mallarımızı ən uca məqsədlər yolunda xərcləyək.
2. İnfaq varlılara və çox mala aid deyil. Az malı da infaq etmək olar. Bəzən saralmış bir yarpaq neçə-neçə qarışqa üçün su üstündə gəmi olur.
3. İnfaq, əl tutma, nəzir üçün ən üstün təşviq Allahın xəbərdar olduğuna inanmaqdır.
4. Təşviq və xəbərdarlıq hər ikisi inkişaf amilidir.
5. Nəzirə vəfa etmək vacib, onun tərki isə zülmdür.
6. Özünə zülm etməyin tövbə yolu və kəffarəsi var. İnfaqı tərk etmək səbəbindən məhrumlara edilən zülmdə isə kimsəyə yardımçı yoxdur.
7. Xəsis adamlar şəfaətə çatmaz. (Bax: "Nisa”, 31. )
8. Əgər xəsisliyin səbəbi mal və xalq olarsa, bilin ki, Allahın qəzəbi gəldikdə nə malın, nə də xalqın faydası olmur.
9. Cərimə günaha uyğun olmalıdır. Dünyada infaqla kimsəyə əl tutmayana axirətdə kimsə əl tutası deyil.