NUR TƏFSİRİ : Bəqərə surəsi 29-cu ci ayə
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
29. هُوَ الَّذِي خَلَقَ لَكُم مَّا فِي الأَرْضِ جَمِيعاً ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
"Yerdə olanları bütünlüklə sizin üçün yaradan, sonra səmanı yaratmağa başlayıb, oları yeddi səma şəklində möhkəmlədən Odur. O hər şeydən agahdır.”
Nöqtələr
"Səma” sözü ərəb dilində yüksəkliyi bildirir. Bəzən, yerdən bir neçə metr hündürdə olan ağac budaqları haqqında da "səmaya ucalmış” ifadəsini işlədirlər.(Qaf”, 9. ) Bəzən yağış yağdıran buludların da yüksəkliyi haqqında səma kəlməsi işlədilir.("Ə`raf”, 179. ) "Ənbiya” surəsinin 32-ci ayəsində isə belə buyurulur: "Səmanı hifz edilən tavan qərar verdik”.)
Bildirişlər
1. Qadir, bağışlayan, ehtiyacları aradan qaldıran Allaha qarşı küfr təəccüb doğurur. ("Kəyfə təkfurunə”)
2. Varlıq aləmi insan üçün xəlq olunmuşdur. ("Xələqə ləkum”)
3. Varlıq nizamında bir məqsəd vardır. Dünyanın yaranışı tədbir və hikmətli plan əsasında baş tutmuşdur. ("Xələqə ləkum”)
4. Təbiətdə heç bir varlıq əbəs yaradılmamışdır. Sadəcə biz onlardan istifadə yolunu bilmirik. ("Xələqə ləkum”)
5. Əsas odur ki, xüsusi bir dəlillə qadağan olunmayan hər bir şey insan üçün mübahdır. ("Xələqə ləkum ma fil-ərzi cəmia”)
6. Dünya insan üçündür, insan dünya üçün yox! ("Xələqə ləkum”)
7. İnsan elmi baxımdan elə bir məqama çata bilər ki, bütün təbiətin ətalarından istifadə edər, varlıq aləminin sirlərini açıb, onu özünə ram edər. ("Ləkum”)
8. Yerin ətaları hamının istifadəsi üçündür. ("Xələqə ləkum ma fil-ərzi”)
9. Dünyanın yeddi qat səmasında tarazlıq var və heç bir uyğunsuzluğa təsadüf olunmur. ("Fəsəvvahunnə səbə səmavat”)
10. Səmanın və yerin yaradılışı bütünlüklə ilahi elmə əsaslanır. ("Xələqə ləkum... əlim”)
11. Yerin və yeddi qat göyün yaranışı Allahın ölüləri diriltməyə qadir olmasının dəlilidir. Əvvəlki ayədə buyurmuşdur: "Summə yuhyikum... huvəlləzi” .