Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 54-cü Ayə

Surə 2
Ayə 54

Azərbaycan dilində tərcümə

(yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, həqiqətən, siz buzova sitayiş etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tərəf (qayıdaraq) tövbə edin və özünüzü öldürün (tövbə və zahidliklə öz nəfsi istəklərinizi öldürün. Yaxud günahsızlar buzova sitayiş edənləri öldürsünlər) ki, bu əməl Yaradanınızın yanında sizin üçün daha yaxşıdır.» Beləliklə (belə etdikdən sonra), Allah sizə nəzər saldı və sizin tövbənizi qəbul etdi, (çün)ki O, çox tövbə qəbul edən və mehribandır.
Əl-Bəqərə surəsi , 54-cü ayə
Əl-Bəqərə surəsi 54-cü ayə
Tam Surə

Əl-Bəqərə surəsi 54-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 54

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"(Yadınıza salın) O zamanı ki, Musa öz qövmünə dedi: "Ey mənim qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də Allaha doğru tövbə edib geri dönün və bir-birinizi qətlə yetirin. Bu iş Yaradanınızın yanında sizin üçün daha yaxşıdır. Allah sizin tövbənizi qəbul etdi. Çünki O, tövbələri qəbul edən, mehribandır.”

Nöqtələr
Ayədə intihardan, yəni öldürməkdən yox, bir-birini öldürməkdən danışılır. Necə ki, başqa bir ayədə "bir-birinizə tənə vurmayın” buyurulur.("Nur”, 61. ) Başqa bir ayədə də buna oxşar bəyanat var: "Bir-birinizə salam verin.”("Nisa”, 66. )
Bu cür çətin tövbənin qəbulu yəhudilər üçün fəzilətdir. Çünki Allah münafiq müsəlmanların tənqidində buyurur: "Əgər onlara bir-birlərini öldürməyi vacib etsəydik və ya öz məmləkətlərindən xaric olmaları üçün fərman çıxarsaydıq, bütün bunları çox az bir hissə yerinə yetirərdi.("Ə`raf”, 154. )
Bildirişlər
1. Xalqı ilahi hədlərin qəbuluna məhəbbətlə hazırlayın.
2. Şirk insanın özünə zülmüdür.
3. Dəlil, möcüzə nə qədər çox olarsa, vəzifə daha da ağır, vəzifədən boyun qaçırmaq isə daha da təhlükəli olacaq.
Buzova pərəstiş edənlər bütün bu möcüzələri gördükdən sonra edamdan başqa çıxış yolları qalmamışdı.
4. Dindən çıxanın (mürtəd) hökmü qətldir.
5. İlahi mərhəmət və ölüm, ilahi lənət və həyatdan üstündür.
6. İlahi hədlərin icrası insanın qətli bahasına başa gəlsə də, onun xeyrinədir.
7. İlahi göstərişlərin əsas məqsədi insana xeyir verməkdir.
8. Xalqın ağır cərimələri ödəməyə hazırlanması üçün bir çox bərəkətlər bəyan olunmalıdır.