Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 56-cı Ayə

Surə 2
Ayə 56

Azərbaycan dilində tərcümə

Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükr edəsiniz.
Əl-Bəqərə surəsi , 56-cı ayə
Əl-Bəqərə surəsi 56-cı ayə
Tam Surə

Əl-Bəqərə surəsi 56-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 56

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Sonra sizi yenidən diriltdik. Bəlkə, Ona şükrü yerinə yetirəsiniz.”
Nöqtələr
Şimşəkdən öldürülmüşlərin yenidən dirildilməsi həzrət Musanın pərişanlığı, nigarançılığı və duasından sonra baş verdi. İnşallah "Əraf” surəsində bu barədə danışacağıq.
Bildirişlər
1. Rəcət və məad mümkünsüz iş deyil. Bəzi ölülər elə bu dünyada dirilmişlər.
2. Öncə çətinliklər, sonra isə qurtuluş şükür etmə ruhiyyəsinin yaranması üçündür.