Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 59-cu Ayə

Surə 2
Ayə 59

Azərbaycan dilində tərcümə

Lakin zülm edənlər (Allahın kəlamını) onlara deyiləndən başqa şəkilə saldılar (məsələn, günahların bağışlanmasını istəmək əvəzinə buğda istədilər). Biz də zülm edənlərə itaətdən çıxdıqlarına görə göydən əzab nazil etdik.
Əl-Bəqərə surəsi , 59-cu ayə
Əl-Bəqərə surəsi 59-cu ayə
Tam Surə

Əl-Bəqərə surəsi 59-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 59

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Amma zalımlar (həmin sözü) onlara deyiləndən başqa bir sözə döndərdilər (onlar hittə əvəzinə məsxərə ilə "hintə”, yəni "buğda” deyirdilər) Biz də o zalımlara batdıqları günahın cəzası olaraq səmadan əzab endirdik.”
Nöqtələr
"Əraf” surəsinin 161-162-ci ayələrində bu və bundan əvvəlki ayənin oxşarı təkrarlanmışdır. Bu ayələrdə "ricz” sözü əza, taun xəstəliyi, iztirab halı mənalarını bildirir.
Allahın qaydası mərhəmət nazil etməkdir. Ona görə də Bəni-İsrail üçün ən üstün qəza olan "mənn” və "səlva” nazil oldu. Amma onlar inadkarlıq göstərdiklərindən səmadan əzab nazil edildi.
Bildirişlər
1. Zülm və günah qanunun əvəz olması və təhrifinə zəmin yaradır.
2. Bir işin yolu və üsulu bəyan olunanadək insan öz bildiyinə əməl etməkdə azaddır. Amma yol bəyan olunduqdan sonra onu dəyişənlər üçün üzr yeri qalmır.
3. İlahi qanunları dəyişməyin cəzası qəhr və əzabdır.
4. Bütün cəzalar axirətə aid deyil. Bəzi cəzalar elə bu dünyada gerçəkləşir.
5. Əyri yol insan üçün adətə çevrildikdə Allahın əzabı nazil olur.