Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 58-ci Ayə

Surə 2
Ayə 58

Azərbaycan dilində tərcümə

(yadınıza salın) o zaman(ı) ki, dedik: «Bu şəhərə (Beytül-Müqəddəsə) daxil olun və oranın istədiyiniz yerindən bolluca yeyin və bu qapıdan (şəhərin, ya Məscidül-Əqsanın qapısından) səcdə halında daxil olun və «(ilahi, bizim istəyimiz) günahların tökülməsidir» deyin ki, sizin səhvlərinizi bağışlayaq. Biz yaxşı iş görənləri(n savabını) artıracağıq.
Əl-Bəqərə surəsi , 58-ci ayə
Əl-Bəqərə surəsi 58-ci ayə
Tam Surə

Əl-Bəqərə surəsi 58-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 58

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Yada salın) O zaman ki, dedik: "Bu kəndə (Beytül-Müqəddəsə) daxil olun və onun bol nemətlərindən nə istəyirsinizsə, ləzzətlə yeyin. Qapıdan (Beytül-Müqəddəs məbədi) səcdə edən və xaşe halda daxil olun və deyin: "Hittə” (günahlarımızı tök), Biz də sizin xətalarınızı bağışlayaq. Biz yaxşı əməl sahiblərinə artıq əvəz verəcəyik.”
Nöqtələr
"Maidə” surəsinin 21-ci ayəsində buyurulduğu kimi, bu ayədəki kənd sözü Beytül-Müqəddəsə işarədir. Tih biyabanında qırx il qaldıqdan sonra bəni-İsraillə Beytül-Müqəddəsə daxil olmaq əmri verildi. Onlar məscidə daxil olduqları vaxt mübarək "Hittə” sözünü deməli idilər. "Hittə” günahların yuyulması, bağışlanma istəyi və tövbənin bəyanıdır. "Ətyəbul-bəyan” təfsirində bildirilir ki, ayədəki qapı sözü şəhər darvazasına yox, hazırda da, "babul-Hittə” adlanan məscid qapısına aiddir. Ayədəki səcdə sözü məscidə daxil olduqdan sonra yerinə yetiriləsi şükür səcdəsini bildirir.
Bildirişlər
1. Xalqın ehtiyacının təmini onlara ibadət əmrindən öndə gəlir.
2. Müqəddəs məkanlara daxil olmaq üçün xüsusi ehtiram lazımdır.
3. Bağışlamaq Allahdandır, tövbə və bağışlanma istəyi isə bizdən.
4. Dua və tövbə qaydasını Allahdan öyrənməliyik.
5. Allahın göstərişlərinə əməl etmək bağışlanmağımızın zəminəsidir.
6. İstiğfar günahkarlar üçün bağışlanma, salehlər üçün yüksəliş əsasıdır.