Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 73-cü Ayə

Surə 2
Ayə 73

Azərbaycan dilində tərcümə

Buna görə də dedik: «(Kəsilmiş inəyin) üzvlərinin bir parçasını ona (öldürülmüş şəxsin bədəninə) vurun (ki, dirilərək öz qatilini tanıtdırsın).» Allah ölüləri bu cür dirildir və Öz (tovhid və qüdrət) nişanələrini sizə göstərir ki, bəlkə düşünəsiniz.
Əl-Bəqərə surəsi , 73-cü ayə
Əl-Bəqərə surəsi 73-cü ayə
Tam Surə

Əl-Bəqərə surəsi 73-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 73

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Belə ki, dedik: "Zibh olmuş inəyin bir parçasını qətlə yetirilənə vurun.” Allah ölüləri bu sayaq dirildər və öz ayələrini sizə göstərər ki, bəlkə düşünəsiniz.”
Bildirişlər
1. Xalqın inam və etiqadını qazanın. Həzrət Musa inəyin ətindən bir parçanı ölüyə toxundurmağı xalqın öhdəsinə buraxıb buyurdu: "Özünüz bu işi görün.”
2. Bu ayə Allahın ölüləri diriltmə qüdrətinin nümunəsidir.
3. İlahi qüdrət nişanələrinin müşahidəsi bir anlıq təəccüb yox, daimi düşüncə üçündür.
4. İnsanın ruhu və düşüncəsi bulaşdıqda ilahi ayələrin müşahidəsi də onun yatmış düşüncəsini oyada bilmir.