Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 92-ci Ayə

Surə 2
Ayə 92

Azərbaycan dilində tərcümə

Həqiqətən Musa sizə möcüzələr və açıq-aydın dəlillər gətirdi, lakin siz ondan (o, Tur dağına getdikdən) sonra (özünüzə və Allahın ayələrinə qarşı) zülm edərək buzova sitayiş etməyə başladınız.
Əl-Bəqərə surəsi , 92-ci ayə
Əl-Bəqərə surəsi 92-ci ayə
Tam Surə

Əl-Bəqərə surəsi 92-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 92

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"Musa sizin üçün möcüzələr gətirdi. Amma siz ondan sonra (o olmayanda) zülmə uğrayaraq buzova üz tutdunuz.”

Nöqtələr
Ayədə yəhudilərə müraciət olunur: Sizin iman gətirməmək məqsədi ilə Məhəmmədin ərəb olduğunu bəhanə gətirməyinizin digər bir dəlili budur ki, Musa sizin qövmdən olan ən üstün peyğəmbər ikən, aydın dəlillərlə və möcüzələrlə gəldiyi bir vaxt bir neçə gecəlik (Tur dağında münacata gedərkən) aranızda olmayanda buzovpərəstliyə üz tutdunuz. Musanın bütün zəhmətlərini bada verib özünüzə zülm etdiniz!
Bildirişlər
1. Düzgün mühakimə yürüdülməsində keçmişin öyrənilməsi faydalıdır.
2. Şirk və cahilliyyətə qayıdış insanın özünə və nəslinə zülmüdür.