Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 90-cu Ayə

Surə 2
Ayə 90

Azərbaycan dilində tərcümə

Özlərini satdıqları şey - Allahın Öz lütfü ilə istədiyi bəndəsinə (kitab) nazil etməsinə paxıllıq etdikləri üçün Onun nazil etdiyinə kafir olmaları - nə qədər də pis bir şeydir. Beləliklə, onlar (Allah tərəfindən) qəzəb üstündən qəzəbə düçar oldular. Kafirlər üçün xaredici bir əzab vardır.
Əl-Bəqərə surəsi , 90-cu ayə
Əl-Bəqərə surəsi 90-cu ayə
Tam Surə

Əl-Bəqərə surəsi 90-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 90

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Nə pisdir o şey ki, özlərini ona satdılar. Həsəd səbəbindən Allahın göndərdiyi ayələrə kafir oldular. (Dedilər) Nə üçün Allah fəzlini bəndələrindən istədiyinə (ayələr) nazil edir? Beləcə, Allahın ardıcıl qəhrinə düçar oldular. Kafirlər üçün zəliledici əzablar var.”
Nöqtələr
Ayədə yəhudilərin İslam peyğəmbərinə qarşı küfrünün səbəbi bəyan olunmuşdur. Onlar həsəd aparırdılar ki, nə üçün vəhy Bəni-İsraildən bir kəsə nazil olmayıb. Bu həsəd və küfr onların özlərini satdığı çox pis bir qiymət idi.
Bildirişlər
1. Xalqın dininin dəyər ölçüsü onların maraqlarından asılıdır.
2. Həsəd küfr mayasıdır. Bəni-İsrail arzu edirdi ki, vəd olunmuş peyğəmbər onlardan olsun. Arzularına çatmadıqlarından həsəd göstərib küfr etdilər.
3. Peyğəmbərlik ilahi fəzldir.
4. İnsanın narazılığı Allahın hikmət dolu lütflərinə təsir göstərmir. Allah kimi peyğəmbər seçəcəyini daha yaxşı bilir.
5. Ən pis müamilə odur ki, insan varlığını verib Allahın qəzəbini alsın.