Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 10-cu Ayə

Surə 6
Ayə 10

Azərbaycan dilində tərcümə

Şübhəsiz, səndən əvvəlki peyğəmbərlər də istehza və məsxərə olundular. Beləliklə onları məsxərə edən kəslərə məsxərə etdikləri şey (ildırım, zəlzələ və sairə) nazil oldu və onları bürüdü.
Əl-Ənam ‏ surəsi , 10-cu ayə
Əl-Ənam ‏ surəsi 10-cu ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 10-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 10

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Şübhəsiz, peyğəmbərlərə səndən qabaq da istehza etdilər, istehza etdikləri əzab məsxərə edənlərə nazil oldu.”
Nöqtələr
Bu ayə İslam peyğəmbərinə bir təskinlikdir. Əvvəla, əvvəlki peyğəmbərlərə də istehza edilmişdir. İkincisi, istehza edənləri təkcə axirət əzabı yox, həm də dünyəvi əzab gözləyir.
Bildirişlər
1. Başqalarının çətinlikləri barədə düşünmək insanın səbrini artırır. Müxaliflərin istehzaları din təbliğatçısını sarsıtmamalıdır.
2. Rəhbərlərin ruhiyyəsini zəiflətməkdə düşmənin psixoloji müharibələrindən biri də istehzadır. Düşmənlərin istehzasına müqavimət göstərilməlidir.
3. Məsxərə edənlər sonra zəlil olar və istehzaları onları öz ağuşuna alar.
4. Dinə istehza kəbirə günahlardan biridir. Bu günah müqabilində əzab vəd olunmuşdur.
5. Allah peyğəmbərlərin himayəçisidir və istehza edənləri məhv edir.
6. İstehza kafirlərin daimi üslubudur.