Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 12-cü Ayə

Surə 6
Ayə 12

Azərbaycan dilində tərcümə

De: «Göylərdə və yerdə olan kimə məxsusdur?» De: «Allaha məxsusdur». O (Özü) Özünə (bəndələrinə qarşı) rəhmli olmağı müəyyənləşdirmişdir. (Buna görə də) sizi (əvvəlincinizdən axırıncınızadək) mütləq barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət günündə bir yerə toplayacaqdır. (Lakin) özlərini uduzmuş və ziyana salmış kəslər iman gətirməzlər.
Əl-Ənam ‏ surəsi , 12-cü ayə
Əl-Ənam ‏ surəsi 12-cü ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 12-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 12

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"De ki, göylərdə və yerdə olan kimin üçündür? De ki, Allah üçündür. O, rəhməti göstərməyi Özü üçün vacib etmişdir. O hökmən sizi heç bir şübhə olmayan qiyamət günündə toplayacaq. Özünü uduzanlar (istedadlarını inkişaf əvəzinə süquta sərf edənlər) həqiqətən iman gətirmirlər.”
Nöqtələr
Allahın rəhməti özünə vacib etməsi mövzusu Quranda iki dəfə xatırlanmışdır. 
"La rəybə fihi”, yəni "heç bir şübhə yoxdur” cümləsi həm Quran, həm də qiyamət günü haqqında işlədilmişdir.
Allah bizim üçün vəzifələr müəyyənləşdirdiyi kimi, Özü üçün də vəzifə müəyyənləşdirmişdir. Məsələn, hidayət etmək , ruzi vermək , lütf etmək , Allah dininin qələbəsi . Amma Allahın rəhmətinə çatmaq şərti Onun bəndələrinə rəhm etməkdir. Hədislərdə nəql olunur ki, rəhm etməyənə rəhm olunmaz. 
Salman Farsi nəql edir ki, həzrət Peyğəmbər (s) buyurdu: "Allahın rəhməti yüz dərəcədir. Onun bir dərəcəsi dünyadakı bütün ilahi lütflərin qaynağıdır. Allah qiyamət günü Öz rəhmətinin bütün yüz dərəcəsi ilə xalqla rəftar edəcək.” 
Quran ilahi rəhməti hər şeyə şamil edir.  Bu rəhmətin bir çox nümunələri vardır: yağış ; külək ; gecə-gündüz ; peyğəmbər ; Quran ; Tövrat ; azadlıq ; həyat yoldaşına meyl ; bitkilər və meyvələr ; tövbənin qəbulu. 
Bildirişlər
1. Peyğəmbərə əmr olunmuş təbliğ üsullarından biri sual-cavabın tərtibidir.
2. Varlıq rəhmətə əsaslanır. İlahi rəhmət hər yeri və hər şeyi əhatə edir.
3. Allahın yaratdıqları, məsələn külək, yağış, gecə-gündüz, nəbatat rəhmət olduğu kimi, məad da rəhmətdir.
4. Qiyamətin bərpa olma dəlili xalqın ilahi rəhmətdən bəhrələnməsidir.
5. İlahi rəhmət nə qədər əhatəli olsa da, bəziləri özünü bundan məhrum edir.
6. Dəlil-sübut əvəzinə nəfs istəkləri ardınca qaçmaq, Allahın övliyaları yerinə tağuta üz tutmaq, axirətə etiqad əvəzinə küfr etmək, nura təslim olmaq yerinə oda təslim olmaq kafirlərin böyük zərərlərindəndir.