NUR TƏFSİRİ: Əl-Ənam surəsi / ayə 105
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Beləcə, ayələri müxtəlif şəkildə bəyan edirik (ki, hidayət vasitəsi olsun. Amma iman gətirməyib) deyirlər: "Sən (kiminsə yanında) dərs oxumusan! (Qoy desinlər. Amma Biz) Düşüncə və elm əhli olanlar üçün bəyan edirik.”
Nöqtələr
Kafirlər təkzib məqsədi ilə peyğəmbərə deyirdilər: "Bu sözlər sənin deyil. Başqalarından öyrənmisən.” Digər bir məqamda belə deyirdilər: "Kimsə onu öyrədib.” Bəzən də "bir dəstə ona kömək edib” deyirdilər.
Bildirişlər
1. Bəyan, dəlil, təlim üsullarının müxtəlifliyi qəbul yolunu daha da genişləndirir.
2. Müxaliflər Quranın əhəmiyyətini etiraf edib deyirdilər: "Bu maarifi kimdənsə öyrənib.” Onlar Quran buyruqlarını dəyərsiz saymırdılar.
3. Bəziləri Quranın ayələri qarşısında böhtan və inkarla dayanırlar. Bəziləri isə deyilənlərdən nəticə çıxarıb doğru yola gəlirlər.
Əslən yağışda yoxsa da nöqsan,
Bağda lalə bitir, səhrada tikan.