NUR TƏFSİRİ: Əl-Ənam surəsi / ayə 106
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
|
"Yalnız Rəbbin tərəfindən sənə vəhy edilənə tabe ol. Ondan başqa məbud yoxdur və müşriklərdən üz döndər.”
|
|
|
|
Nöqtələr
Ötən ayədə peyğəmbərə qarşı müşriklərin belə bir böhtanı açıqlandı: "Sənin kəlamın vəhy deyil, əksinə, başqalarından öyrəndiklərindir.” Burada peyğəmbərə təsəlli verilir ki, sən öz işini gör və müxaliflərin sözlərinə etina etmə.
Müxaliflərlə rəftar üsulları müxtəlifdir. O cümlədən: bəzən salam vermək; bəzən sükut və ünsiyyətdən çəkinmək; bəzən üz döndərmək və etinasızlıq; bəzən sərt rəftar, bəzən qarşı tərəf kimi cavab vermək.
Bildirişlər
1. İlahi rəhbərlər düşmənlərin böhtanları, təhqirləri və yersiz təhlilləri səbəbindən süstləşməməlidirlər.
2. Bəzən insanlar o qədər süqut edirlər ki, hətta peyğəmbər də ilahi göstərişlərlə onlardan üz döndərir.