Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 117-ci Ayə

Surə 6
Ayə 117

Azərbaycan dilində tərcümə

Həqiqətən Rəbbin Özü Onun yolundan azanı(n halını) daha yaxşı bilir. O, doğru yolu tapanları(n halını) da daha yaxşı bilir.
Əl-Ənam ‏ surəsi , 117-ci ayə
Əl-Ənam ‏ surəsi 117-ci ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 117-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 117

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, sənin Rəbbin Özü Onun yolundan azanlardan və hidayətə yetişənlərdən daha yaxşı xəbərdardır.”
Nöqtələr
Əvvəlcədən ilahi hidayət yolunu tutmuş kəs "Məhdiyy” adlanır. Buna məsum imamlar misal ola bilər. "Mühtədi” isə zəlalətdən sonra hidayət olunandır. 
Bildirişlər
1. Bəşərin elmi olsa da, yalnız Allah mütləq və gerçək elm sahibidir.("O” əvəzliyi mübtəda və xəbər arasında inhisar əlamətidir.)
2. Tərbiyənin dərin agahlığa ehtiyacı var.
3. Təzahür və nifaqla özünüzü və başqalarını aldatmayın. Allah hamını yaxşı tanıyır.
4. Əksəriyyətə yox, "ələmə”, yəni ən elmliyə itaət edək.