Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 118-ci Ayə

Surə 6
Ayə 118

Azərbaycan dilində tərcümə

Buna görə də, əgər Onun ayələrinə imanınız varsa (müşriklərin kəsərkən başı üstündə bütlərin adını çəkdiklərindən deyil başı) üzərində Allahın adı çəkilmiş şeydən yeyin.
Əl-Ənam ‏ surəsi , 118-ci ayə
Əl-Ənam ‏ surəsi 118-ci ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 118-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 118

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər ilahi ayələrə imanınız varsa yalnız (zibh zamanı) Allahın adı çəkiləndən yeyin.”
Nöqtələr
Heyvanın zibhi, kəsimi zamanı Allahın adını çəkmək bir növ maddiyyata paklıq vermək və imanı cilvələndirməkdir. Bütün işlərdə Allahın adını çəkmək yaxşıdır. Amma heyvanı kəsərkən onun canı alındığından həmin məqamda Allah adını çəkmək zəruridir.
İslam məktəbinin komplekslik nişanəsi odur ki, zibh kimi cüzi bir məsələdə onun bütün yönümləri açıqlanılır. Bu məsələdə həm məktəb (Allahın adı), həm vasitə (dəmir), həm damarların kəsilmə üsulu, həm ümmət (zibh edənin müsəlman olması), həm cəhət (qiblə), həm məsrəf yeri bəyan olunmuşdur.
Bildirişlər
1. Möminin qidalanmasında da ilahi yönüm olmalıdır.
2. Halal heyvanların ətindən istifadə zamanı Allahın adının çəkilməsi bir növ məsrəf üçün icazə möhürüdür.
3. Tövhid sütunlarını möhkəmlətmək üçün bütün fürsətlərdən, eləcə də, heyvanın zibhindən istifadə olunmalıdır. Bəli, tövhid təkcə zehnə aid məsələ deyil.
4. Halal qida və hökmlərə əməl iman şərtidir.