NUR TƏFSİRİ: Əl-Ənam surəsi / ayə 120
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Aşkar və gizli günahı tərk edin. Həqiqətən, günaha batanlar tezliklə gördükləri işlərin cəzasını alacaqlar.”
Nöqtələr
İstər keçmişdə, istərsə də indi insanlar yalnız aşkar günahlarından qorxurlar.
Bəziləri deyirlər ki, «gizli günah» dedikdə təsirləri gizli qalan günahlar nəzərdə tutulur. Məsələn, insanın qəlbini daşlaşdıran haram qidalar kimi.
Bildirişlər
1. Günahda cazibədarlıq var. Qəti iradə ilə onun cazibəsindən çıxmaq lazımdır.
2. İslam həm zahiri, həm də batini paklığa diqqət yetirir. Həm əmələ aid günahlardan, həm də sui-zənn kimi qəlb günahlarından çəkinmək lazımdır.
3. İlahi cəza bilərəkdən baş vermiş günahlara aiddir.
4. Şeytan vəsvəsə, təlqin etsə də, insan öz iradəsi ilə addım atır.
5. Qiyamət və axirət cəzası uzaqda deyil.
6. İlahi cəzalar öz əməllərimizin nəticəsidir.