NUR TƏFSİRİ: Əl-Ənam surəsi / ayə 140
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Şübhəsiz, övladlarını səfehcəsinə, cəhalət üzündən öldürənlər ziyan etdilər. Allahın onlara ruzi verdiyini iftira ilə haram etdilər. Onlar yollarını azdılar, doğru yolu tapa bilmədilər.”
Nöqtələr
İbn-Abbas ilkin İslam dövrü böyüklərinin dilindən nəql edir: "Cəhalət dövründə qövmlərin cəhalət dərəcəsini bilmək istəyənlər müşriklərin xurafat və əsassız etiqadlarını bəyan edən "Ənam” surəsinin bu ayələrini oxusunlar.”
Ərəb cahilləri bütlərə yaxınlaşmaq gümanı və ya abırlarını qorumaq üçün öz qızlarını gah bütlərə qurban verir, gah da diri-diri basdırırdılar.
Bildirişlər
1. Cəhalət və səfehlik zərər gətirir. (Övladı əldən vermək, insanlıq hisslərini alçaltmaq, halal nemətləri harama çıxarmaq, cəhənnəm və ilahi cəza qazanmaq belə zərərlərdəndir.)
2. Əsil zərər insanın batil yolda fəda olmasıdır. (İstər bütlərə qurbanlıq, istərsə də yersiz qeyrət həmin fədakarlıqlardandır.)
3. Halal nemətləri əsassız olaraq harama çıxarmaq Allaha iftiradır.
4. İstənilən bir işin yerinə yetirilməsi və ya bir şeyin qadağan edilməsi ya şəri, ya da əqli dəlil tələb edir.
5. Xurafatla sərt şəkildə rəftar edək.