Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 142-ci Ayə

Surə 6
Ayə 142

Azərbaycan dilində tərcümə

Həmçinin dördayaqlılardan böyük və kiçik, yun və tük verən, minilən, yük daşıyan və yeyilən heyvanlar (yaratdı). Allahın ruzi olaraq sizə verdiyindən yeyin (və bəhrələnin)(özünüzdən halal-haram qanunlar çıxarmaq və haram işlər görməklə) Şeytanın addımlarına tabe olmayın ki, həqiqətən o, sizin açıq-aşkar düşməninizdir.
Əl-Ənam ‏ surəsi , 142-ci ayə
Əl-Ənam ‏ surəsi 142-ci ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 142-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 142

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Dördayaqlılardan bəzisi yük daşıyan, bəzisi yük daşımayan və döşənəcək kimidir. (Yerə yaxındır. Onların yunundan və tükündən xalça üçün istifadə olunur.) Allahın sizə ruzi qərar verdiklərindən yeyin və şeytanın addımlarına tabe olmayın. Çünki o, sizin aşkar düşməninizdir.”
Nöqtələr
Ötən ayədə Allahın nemətlərindən olan əkinçilik məhsullarına işarə olundu. Burada heyvandarlıqdan və onun bəhrələrindən söhbət açılır.
«Fərş», «xalça», «döşənəcək» dedikdə qoyun kimi bədəni yerə yaxın olan, döşənəcəyə oxşayan dördayaqlılar nəzərdə tutulur. Onların yunundan və tükündən xalça hazırlanması da nəzərdə tutula bilər.
Bir çox təfsirçilər "Həmulə” sözünü yük daşıyan heyvan mənasında qeyd etmişlər. "Fərş” sözü isə yük daşımayan heyvanlar kimi təbir olunmuşdur.
Bildirişlər
1. Varlıq aləmi və onda olanlar insana ramdır.
2. Heyvanlara münasibətdə ümumi qanun, haramlıqlarına dəlil olmadıqda, onların istifadəyə halal olmasıdır.
3. Halal nemətlərin haram olunması şeytani addımlardandır.
4. Bu gün dünyada çox qövmlər arasında rəvac tapmış ət yeməmək və ətdən istifadənin qadağası haramdır və deyilənlərin bir nümunəsidir.
5. İstifadə etdiyimiz qidalara diqqətli olaq. Çünki şeytan Adəmə qarşı ilkin olaraq qidadan istifadə etdi.
6. Allahın süfrəsi arxasında Onun düşməninə itaət etməyək.
7. Şeytanın siyasəti birdəfəyə yox, tədrici azdırmadır.