NUR TƏFSİRİ: Əl-Ənam surəsi / ayə 154
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Sonra Musaya kitab (Tövrat) verdik ki, yaxşı əməl sahibi olan üçün (neməti) tamamlayaq və (bu kitab) bütün məsələləri, hidayət və rəhmət vasitələrini açıqlayan olsun.) Bəlkə xalq öz Rəbbi ilə görüşə iman gətirsin.”
Nöqtələr
Quranla Tövrat arasında bir çox oxşarlıqlar vardır. İncildə moizə, Zəburda duaya istinad edilmişdir. Amma Tövratın Qurana oxşarlığı əsasən qanunlar baxımındandır. Bu baxımdan Tövrata "imam” da deyilmişdir. Bu ayədə Tövrat da rəhmət, hidayət və hər şeyi açıqlayan kimi tanıtdırılmışdır.
Bildirişlər
1. Hər bir səmavi kitab öz dövrünə görə kamildir.
2. Yalnız yaxşı əməl və düşüncə sahibləri səmavi kitabın göstərişlərini və ilahi qanunları üstün tuturlar.
3. Səmavi kitabda insanın təkamülə çatması üçün onun bütün ehtiyacları bəyan olunmuşdur.
4. Səmavi kitab insanın hidayəti və ilahi rəhməti məqsəd daşıyır.
5. Səmavi kitabların və ilahi peyğəmbərlərin bir məqsədi də insanın qiyamətə iman gətirməsidir.