NUR TƏFSİRİ: Əl-Ənam surəsi / ayə 157
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Kitabı nazil etdik ki), "əgər səmavi kitab nazil olsaydı, hökmən onlardan (yəhudi və məsihilərdən) daha çox hidayət olardıq” deməyəsiniz. (Bu bəhanələrin qarşısını almaq üçün) şübhəsiz, Rəbbiniz tərəfindən aşkar dəlil, hidayət və rəhmət gəldi. İlahi ayələri təkzib edib ondan üz çevirənlərdən zalımı kimdir? Biz tezliklə ayələrimizdən üz çevirənləri həmin dönüklüklərinə görə ağır əzabla cəzalandıracağıq.”
Nöqtələr
"Yəsdifun” götür-qoy etmədən, düşünmədən bir şeydən sərt şəkildə üz döndərmək mənasını bildirir.
Bildirişlər
1. Məkkə müşrikləri Tövrat və İncil ardıcıllarının doğru yolu tutduğunu etiraf edirdilər. Amma onlar elə hesab edirdilər ki, səmavi kitaba onlar başqalarından daha layiqdirlər.
2. Quranın nazil olması hamı üçün höccəti tamamlayır.
3. Quran Allahın rübubiyyət cilvələrindəndir.
4. Quran hidayət və rəhmət kitabıdır.
5. İmtahana çəkilənədək iddiaçı çox olur. Amma imtahan kimin sədaqətli olub-olmadığını aşkarlayır.
6. Bəşəriyyətə ən böyük zülm səmavi kitabdan üz döndərilməsidir.
7. Həqiqi dindən üz çevirməyin, ilahi ayələrə müxalifətçiliyin cəzası ağır əzabdır.
8. İnsanın bədbəxtçiliklərinin əsas amili onun öz əməlləridir.