Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 158-ci Ayə

Surə 6
Ayə 158

Azərbaycan dilində tərcümə

Yoxsa onlara (əzab) mələklərin(in) gəlməsini, ya Rəbbinin (Onun rübubiyyətinin bütün nişanələrinin – Qiyəmətin) gəlməsini, ya Rəbbinin (ölümün əlamətlərindən ibarət) bəzi nişanələrinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi nişanələrinin gələcəyi gün, ondan əvvəl imanı olmayan və ya iman halında bir şey əldə etməmiş şəxsə iman gətirməsinin bir xeyri olmayacaqdır (o, birinci halda kafir, ikinci halda isə itaətsiz günahkar halda dünyadan köçəcəkdir). De: «(Əzabın gəlməsini) gözləyin ki, biz də gözləyirik.»
Əl-Ənam ‏ surəsi , 158-ci ayə
Əl-Ənam ‏ surəsi 158-ci ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 158-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 158

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Məgər bundan sonra da gözləyirlərmi ki, onların yanına mələklər, Rəblərinin özü, Rəblərinin bəzi ayələri gəlsin?! (Məgər bilmirlərmi,) o gün ki, Rəblərinin bəzi nişanələri gələcək, bundan qabaq iman gətirməyən və ya iman gətirdiyi müddətdə xeyir iş görməyən şəxs iman gətirsə də, faydasız olar?! De ki, (Allahın qəzəbi) intizarında olun ki, biz də intizardayıq.”
Nöqtələr
"İsra” surəsinin 92-ci ayəsində kafirlərin yersiz istəkləri bəyan olunmuşdur. Onlar deyirdilər: "Göyü endirməyincə, Allah və mələkləri yanımıza gətirməyincə, sənə iman gətirmərik.” Onların bu intizarı ayədə rədd olunmuşdur.
Bildirişlər
1. İnadkar kafirlər ilahi möcüzələri görsələr də təslim olmurdular.
2. İmana biganəliyin nəticəsi nakamlıqdır.
3. İman və əməl azad və təbii şəraitdə səmərəlidir. Çıxılmaz vəziyyətə düşüb qorxudan iman gətirmək dəyərsizdir.
4. İman olmayan yerdə saleh əməl faydasızdır.