Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 16-cı Ayə

Surə 6
Ayə 16

Azərbaycan dilində tərcümə

(O əzab) həmin gün kimdən döndərilsə, doğrudan da Allah ona rəhm etmişdir və odur aşkar uğur və qurtuluş!
Əl-Ənam ‏ surəsi , 16-cı ayə
Əl-Ənam ‏ surəsi 16-cı ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 16-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 16

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həmin gün hər kəsdən ilahi əzab uzaqlaşdırılsa, şübhəsiz, ilahi rəhmətə çatmışdır və budur aşkar qurtuluş.”
    Nöqtələr
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Həyatım əlində olan Allaha and olsun, qiyamətdə kimsə öz əməlinə görə behiştə getməz.” Soruşdular: "Sizdəmi, ya rəsuləllah?” Həzrət buyurdu: "Allahın fəzl və rəhməti yetişməsə, hətta mən də!” Sonra mübarək əllərini başının üzərinə aparıb bu ayəni tilavət etdi.” Şübhəsiz ki, yalnız saleh əməllər və xeyirxah fərdlər ilahi rəhmətə nail olur.
    Bildirişlər
    1. Hamı üçün təhlükə var. İlahi əzabdan yalnız xüsusi lütf sayəsində qurtulmaq olar.
    2. Allaha təslimçilik ilahi rəhmətə çatmaq zəminəsidir.
    3. Allahın qəhr-qəzəbini yalnız Onun rəhmi aradan qaldıra bilər. Əməllərimizin qəbulu və övliyaların şəfaəti ilahi rəhmət təzahürlərindəndir.