Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 18-ci Ayə

Surə 6
Ayə 18

Azərbaycan dilində tərcümə

Odur bəndələri üzərində hakim və qalib və Odur (bəndələrin işlərinin idarəsində) hikmətli və (onların zahir və batinlərindən) xəbərdar!
Əl-Ənam ‏ surəsi , 18-ci ayə
Əl-Ənam ‏ surəsi 18-ci ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 18-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 18

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Odur Öz bəndələrinə qalib və hakim olan. Odur hikmət sahibi və agah.”
Nöqtələr
Elə bir qələbə növü "qəhr” adlanır ki, qəhrə gələn qahir qarşısında zəlil olsun.
On dördüncü ayədə Allahın vilayət və ruzi verməsi bəyan olundu. 15-ci ayədə isə Allahın qəhr və qiyamətindən danışıldı. 16-cı ayədə ilahi qurtuluş və rəhmətə işarə edildi, 17-ci ayədə müşküllərin həlli və xeyirə çatmaq barədə danışıldı. Bu ayədə isə Allahın mütləq qüdrəti bəyan olunur.
Bildirişlər
1. Kimsədən qorxmayaq. Allahın qüdrəti bütün qüdrətlərin fövqündədir.
2. Allahın qüdrət və qəhri hikmət və elmlə müşayiət olunur.
3. Allahın xeyir və ya zərər yetirməsi onun hikmət və agahlığına əsaslanır.